• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünya Səhiyyə Təşkilatına alternativ yaranır?

  • 07 May 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

ABŞ Dünya Səhiyyə Təşkilatına (DST) alternativ qurum yarada bilər. Novator.az-ın məlumatına görə, dövlət katibi Mayk Pompeo mayın 6-da belə açıqlama verib. O qeyd edib ki, Vaşinqton DST-nin koronavirus pandemiyası ilə bacarmadığı qənaətindədir.

2019-cu ilin dekabrında Çində üzə çıxan, DST-nin bu ilin mart ayında qlobal pandemiya elan etdiyi koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 265 mindən çox adam ölüb.

Mayk Pompeo ABŞ hakimiyyətinin DST-nin işindən narazı olduğunu vurğulayıb: “Prezident Donald Tramp qarşımızda məqsəd qoyub, DST-nin yenidən uğursuzluq yaşamasına imkan vermək olmaz. Əgər DST öz öhdəliklərini yerinə yetirə bilməyəcəksə, bu quruma yüz milyonlarla dolların ödənməsinə imkan verə bilmərik”.

Dövlət katibinin sözlərinə görə, səhiyyə sahəsində dünya lideri olmaq ABŞ üçün çətin deyil: “Vaşinqton tibb sahəsində beynəlxalq kampaniyaları necə aparmağı bilir və insanların sağlamlığı naminə öz agentliyini yaratmağa hazırdır”.

Koronavirus ABŞ-da 74 min 800-dən çox adamın ölümünə səbəb olub. ABŞ bu virusun Çində süni yolla yaradıldığını iddia edir, DST-ni isə vaxtında həyəcan təbili çalmamaqda günahlandıraraq onun maliyyəsini kəsib.

1948-ci ildə yaradılmış DST-nin mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. BTM-nin qurumu olan, 190-dan çox ölkəni birləşdirən təşkilata efiopiyalı Tedros Adhanom Qebreyesus baş direktorluq edir.

Səidə Hüseynova

Vilyam Hacıyevin həbsi ilə bağlı rəsmi məlumat

  • 07 May 2020
  • comments

Psixoloji xidmət: qayda var, qanun var, maaş olsun...

  • 07 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda