Prezident İlham Əliyev mayın 6-da təyinat sərəncamları imzalayıb.
Çingiz İsgəndər oğlu Əsgərov Ali Məhkəmə sədrinin müavini, Hafiz Qənbər oğlu Nəsibov Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Ali Məhkəmənin Mülki Kollegiyasının sədri təyin edilib.
Bu hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri postuna təyinat alıblar:
Bakı Apellyasiya Məhkəməsi üzrə – Rəhimov Elmar Eldar oğlu, Cinayət Kollegiyasının sədri; Tağızadə Mirzə Nəsib oğlu, İnzibati Kollegiyanın sədri; Qurbanov Raqib Əliddin oğlu, Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə – Mamedov Rəşad Ziyaviddin oğlu, İnzibati Kollegiyanın sədri; Rzaquliyev Şamil Qəhrəman oğlu, Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə – Babayeva Hökümə Çingiz qızı, İnzibati Kollegiyanın sədri; Quliyev Telman Osman oğlu, Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə – Həsənov Müşfiq Kamil oğlu, İnzibati Kollegiyanın sədri; Kərimov Tale Suliddin oğlu, Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə – Rəfiyev Rövşən Rafiq oğlu, İnzibati Kollegiyanın sədri; Hüseynov Elçin Şirin oğlu, Kommersiya Kollegiyasının sədri.
Başqa sərəncamla Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri; Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri; İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri; Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri; Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri; İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri; Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri; Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri; Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri; Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri; Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri; Aslan Kalbalı oğlu Kalbalıyev Bakı Hərbi Məhkəməsinin hakimi; Zamin Vəliyəddin oğlu İbrahimov Astara Rayon Məhkəməsinin sədri; İsmayıl Xudaverdi oğlu Abdurəhmanlı Goranboy Rayon Məhkəməsinin sədri; Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri; Vladimir Yefimoviç Ruvinov Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri; Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri; Rafiq Rəşid oğlu Məmmədov Ağdam Rayon Məhkəməsinin hakimi; Seyfəli İzzət oğlu Seyfullayev Beyləqan Rayon Məhkəməsinin hakimi olub.
Şahin Yaşar oğlu Yusifov Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri vəzifəsindən, Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsindən çıxarılıb.