• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryana əməliyyat anonsu

  • 01 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən əməliyyat oluna bilər. Novator.az-ın məlumatına görə, Yerevandakı “İzmirlyan” Tibb Mərkəzinin direktoru Armen Çarçyan mayın 1-də Armeniasputnik.am-ə belə açıqlama verib. O deyib ki, sabiq prezidentin səhhətində ciddi problemlər var: “Biz dava-dərman hesabına Robert Köçəryanın vəziyyətini sabitləşdirməyə çalışırıq, ancaq onun əlavə əməliyyata ehtiyacı var”.

Armen Çarçyan konkret hansı cərrahi əməliyyata ehtiyac duyulduğunu açıqlamayıb.

Robert Köçəryan “İzmirlyan” Tibb Mərkəzinə aprelin 28-də yerləşdirilib. O, ötən ilin oktyabr ayında “İzmirlyan”da xoşxassəli şişdən əməliyyat olunub, dekabrda orada reabilitasiya mərhələsindən keçib.

1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.

2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-dən Robert Köçəryan yenidən həbsdədir, sentyabrın 12-dən isə Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi gedir. Sabiq prezidentlə birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.

Robert Köçəryan bu il martın 7-də Yerevandakı “Nairi” Tibb Mərkəzinə aparılmış, martın 8-də “Erebuni” Tibb Mərkəzinə köçürülmüşdü. Onun ürək-damar sistemində problemlərdən (ürək ritminin pozulması, güclü başgicəllənməsi, yüksək qan təzyiqi) əziyyət çəkdiyi açıqlanmışdı.

Aprelin 3-də o, “Erebuni” Tibb Mərkəzində müalicəsini başa vuraraq paytaxtdakı “Kentron” cinayət-icra müəssisəsinə qaytarılmışdı.

Mayda hava necə olacaq?

  • 01 May 2020
  • comments

Karantin uzadıldı, şərtlər yeniləndi

  • 01 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda