• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Erkin Qədirlinin AŞPA planları

  • 01 May 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Respublikaçı Alternativ Partiyasının üzvü, deputat Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iki komitəsində təmsil olunacaq.

Bu il fevralın 9-da keçirilmiş növbədənkənar seçkidə Azərbaycan parlamentinin tərkibi yenilənib. Erkin Qədirli 16 saylı Yasamal dairəsindən mandat alıb.

1972-ci ildə doğulan Erkin Qədirli hüquqşünasdır. Onun üzvü olduğu partiya 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb. Təşkilata İlqar Məmmədov sədrlik edir.

Milli Məclisin AŞPA-da yeni nümayəndə heyəti aprelin 27-də açıqlanıb. Səməd Seyidovun rəhbərlik etdiyi heyətdə Erkin Qədirli, Asim Mollazadə, Könül Nurullayeva, Fazil Mustafa, Nigar Arpadarai, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Rafael Hüseynov, Kamal Cəfərov, Sabir Hacıyev, Tural Gəncəliyev yer alır.

Novator.az-ın məlumatına görə, Erkin Qədirli özünün “Facebook” səhifəsində yazır ki, AŞPA-da Hüquq və İnsan Haqları; Mədəniyyət, Elm, Təhsil və Media komitələrinə üzv olub: “AŞPA-dakı siyasi qruplara gəlincə, hələ aydın nəsə deyə bilmərəm. Amma solçulara qoşulmayacağımı bəri başdan deyə bilərəm. Əslində, AŞPA-da siyasi qruplarda üzvlük nümayəndənin öz ölkəsindəki ideoloji mövqeyi və ya partiya mənsubiyyəti ilə məhdudlaşdırılmır. Yəni öz ölkəsində, misal üçün, liberal olan AŞPA-da mühafizəkarların qrupuna yazıla bilər.

Qrupların çoxu sağ və ya sağ mərkəzçidir. Qaydalara görə, nümayəndə qrup seçməzdən öncə hər qrupun toplantılarına qatıla bilər. Güman ki, elə də edərəm. Bəzi qrupları yaxşı tanıyıram, əlaqələrim də var. Bununla belə, üzvlüyü seçərkən ölkə üçün faydalılığı da düşünmək gərəkdir. Önəmli qrupların hər birində Azərbaycandan kimsə mütləq olmalıdır. Bunu da nəzərə alacağam”.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

Avropa Məhkəməsi Xədicə qərarı verəcək

  • 01 May 2020
  • comments

Dörd ayın populyar adları

  • 01 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda