• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli yenə rabitəsiz qalıb

  • 01 May 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

AXCP-nin yaydığı məlumata görə, aprelin 30-u axşam partiya sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimlinin ev telefonunda, özünün və həyat yoldaşının mobil telefonlarında rabitə yenidən kəsilib.

Novator.az bildirir ki, Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimli bir müddətdir təcrid vəziyyətində saxlanır. AXCP-nin aprelin 29-da yaydığı açıqlamada qeyd olunub ki, aprelin 8-i Əli Kərimlinin köməkçisi Faiq Əmirli tutulub və aprelin 9-da ona 30 sutka inzibati həbs cəzası verilib: “Aprelin 9-da AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov da 30 sutka inzibati həbsə məhkum edilib. Bu iki həbslə AXCP sədrinə texniki problemlərinin həllində və fəaliyyətini əlaqələndirməkdə çətinlik yaradılıb.

Aprelin 13-də “Osmanqızı TV” internet kanalına canlı yayımla verməli olduğu müsahibəyə 10-15 dəqiqə qalmış Əli bəyin evində və həm özünün, həm də həyat yoldaşının mobil telefonlarında internet söndürülüb. Aprelin 14-də evdə internet bərpa olunub, lakin Əli bəy “Osmanqızı TV”yə müsahibə üçün yenə cəhd edəcəklərini bildirəndən sonra evdə interneti kəsiblər və bir daha bərpa etməyiblər.

AXCP sədri istifadəçisi olduğu provayder şirkətindən taksi sürücüsü kimi sərbəst hərəkət icazəsi olan AXCP fəalı İslam İslamzadə vasitəsilə yeni modem alıb, quraşdırmağa çalışıb, lakin yeni modem işləməyib və şirkətin evə gələn əməkdaşı da buna şahidlik edib. Şirkətin əməkdaşı hər iki modemi yoxlamaq üçün şirkətə aparıb, 3 gün ərzində cavab veriləcəyini bildirib. Lakin heç bir cavab verilməyib.

AXCP sədri internet təminatı öhdəliklərini yerinə yetirməyən provayder şirkətini və abunəçisi olduğu “Azercell” şirkətini məhkəməyə verib.

Aprelin 16-da AXCP sədrinin digər mühafizəçisi Niyaməddin Əhmədov saxlanıb və 30 sutka inzibati həbsə məhkum edilib. Niyaməddin Əhmədov həmin gün öz istəyi ilə Əli bəy üçün bazarlıq edərək onlara aparıb və onun yaşadığı binadan çıxarkən saxlanıb.

AXCP sədrinə yeni modem alıb gətirmiş İslam İslamzadə də aprelin 17-də saxlanıb və aprelin18-də məhkəmə qarşısına çıxarılaraq 30 sutka inzibati həbsə məhkum edilib”.

Demokratik Qüvvələrin Milli Şurası isə bəyanat yayaraq bildirib ki, aprelin 28-də Niyaməddin Əhmədovu Bakının Binəqədi rayonundakı inzibati həbs məntəqəsindən başqa ünvana apararaq 12 saat ərzində fiziki işgəncələrə məruz qoyub Əli Kərimliyə qarşı böhtan xarakterli ifşaedici ifadələr verməsini tələb ediblər.

1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində Əli Kərimli ilə yanaşı Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları təmsil olunur.

AXCP sədri təcridetmə əməliyyatından yazıb

Əli Kərimli yenə internetsiz qalıb

Milli Şuradan etiraz

Blokada etirazları

Əli Kərimlinin müsahibəsi ünvana çatmayıb

Əli Kərimli çağırışları

Əli Kərimli yasağında

Neft razılaşması qüvvəyə mindi

  • 01 May 2020
  • comments

Avropa Məhkəməsi Xədicə qərarı verəcək

  • 01 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda