• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sosial sığortada ödəniş yenilikləri

  • 30 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Qalib Toğrul sosial sığorta ödənişi üzrə yenilik təkliflərini şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Azərbaycanda tikinti və ticarət üzrə sahibkarlıq fəaliyyəti eyni dərəcə – minimum aylıq əməkhaqqının 50 faizi ilə məcburi dövlət sosial sığorta haqqına cəlb olunur: “Digər sahələr başqa dərəcə – minimum aylıq əməkhaqqının 25 faizi ilə sosial ayırma ödəyirlər. Hazırda minimum əməkhaqqı 250 manatdır.

“Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişikliklərdə tikinti və digər sahələrin sosial öhdəliyi iki dövr üzrə fərqləndirilir. Birinci mərhələ 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək olan dövrü, ikinci mərhələ 2021-ci il yanvarın 1-dən sonrakı dövrü əhatə edir.

Ticarət fəaliyyəti üzrə sahibkarlıqla məşğul olanlar 1 aprel 2020-ci ildən sabit qaydada – minimum aylıq əməkhaqqının 25 faizi miqdarının müxtəlif hədlərində dövlət sosial sığorta haqqı ödəməlidir.

Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi; Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi; digər şəhərlərdə 80 faiz həddi; rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi; kənd yerlərində 50 faiz həddi qüvvədə olacaq. Yəni ticarətlə məşğul olanlar Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə (məsələn, Mingəçevirdə) 50 manat, rayon mərkəzlərində və qəsəbələrdə (məsələn, Oğuz şəhərində) 37,50 manat, kənd yerlərində 31,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

“Sosial sığorta haqqında” qanuna bir dəyişiklik təklifi də pay torpağı sahiblərinin sosial sığorta haqqı öhdəliyinin dəyişməsi ilə bağlıdır. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqının torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının bu dərəcələri üzrə hesablanması təklif olunur:

5 hektaradək olduqda – 2 faiz miqdarında (hazırkı minimum əməkhaqqı göstəricisi ilə 5 manat);

5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında (hazırkı minimum əməkhaqqı göstəricisi ilə 15 manat);

10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında (hazırkı minimum əməkhaqqı göstəricisi ilə 25 manat).

Pay torpağı sahiblərinin sosial öhdəliklərinin fərqləndirilməsi doğru yanaşma olsa da, ikinci və üçüncü qrup üzrə öhdəliklərin həcmi – nəzərə alsaq ki, bu rəqəm hər bir ailə üzvü üçün ödənir – yüksəkdir. Torpağın gəlirliliyinə, keyfiyyət qrupuna görə fərqləndirilməməsi, eyni sahəyə malik torpaq sahiblərinin ucdantutma eyni dərəcə ilə sosial ayırmaya cəlb olunması doğru deyil.

Sosial öhdəliklərin dərəcəsi bir yana, qəribədir ki, dəyişikliklərə görə, pay torpağı sahibləri torpağı əkib-becərməmişdən öncə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənməsi haqqında qəbz almalıdırlar. Təklif edilir ki, pay torpağı olanlar hər ay üçün bərbər, dərzi və ofisiant kimi yuxarıda qeyd olunan məbləğdə ödəniş edib fəaliyyətlərinə icazə alsınlar”.

Ekspert təqdir edir. Təklifi də var

Sabit qəbzlə işləyəni nə yeniliklər gözləyir?

İqtisadçıdan təklif: kredit faizləri dondurulsun

  • 30 Aprel 2020
  • comments

Kitab yaddaşı (Esse)

  • 30 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda