Mərkəzi Bank aprelin 30-da ABŞ dollarına 1,7, avroya 1,8459, Gürcüstan larisinə 0,5297, Rusiya rubluna 0,0233, Türkiyə lirəsinə 0,2444 manat qiymət qoyub.
Novator.az bu xarici valyutaların yanvar-aprel ayları üzrə rəsmi məzənnələrinə də nəzər salıb.
Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839 manat, martda 1,9332 manat, apreldə 1,8740 manat olub.
Gürcüstan larisi 0,5947 manatla start götürüb. Fevralda ən yüksək rəsmi məzənnə 0,6095 manat, martda 0,6122 manat, apreldə 0,5431 manat göstərilib.
Rusiya rublu ilə 0,0275 manatla girib. Yanvarda yuxarı qiymət 0,0278 manat, fevralda 0,0271 manat, martda 0,0258 manat, apreldə 0,0233 manat həddində rəsmiləşib.
Türkiyə lirəsi yola 0,2849 manatla çıxıb. Yanvarda rəsmi məzənnənin zirvəsi 0,2895 manat, fevralda 0,2842 manat, martda 0,2792 manat, apreldə 0,2569 manat səviyyəsində qərar tutub.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 771,9 milyon dollar məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar sərf edib.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.