Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il qərarları ilə “AGBank”, “Atabank”, “Amrah Bank”, “NBCBank” banklarına müvəqqəti inzibatçılar təyin olunub. Bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçılara keçib.
Novator.az-ın məlumatına görə, bununla bağlı şərh yayan iqtisadçı Samir Əliyev qeyd edir ki, “Banklar haqqında” qanuna əsasən, ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilə bilər: “Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş bankı maksimum 9 ayadək idarə etməlidir. Mərkəzi Bank yekunda ödəmə qabiliyyətini itirmiş bankla bağlı beş qərardan birini verə bilər: bankın sağlam banka qoşulması; bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsi; körpü bankın yaradılması, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsi və körpü bankın investora satılması; bankın investora satılması; bankın ləğvi”.
İqtisadçı Rövşən Ağayev isə 2019-cu ilin göstəricilərinə əsaslanaraq yazır ki, müvəqqəti inzibatçı təyin olunan bankların bank sektoru üzrə aktivlərdə payları 4,5% ətrafında, ümumi kreditləşmədə payları 6%-ə, ümumi depozitlərdə payları 4%-ə yaxındır.
Azərbaycanda 30 bank var.