• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ali Məhkəmə İlqar Məmmədovla Rəsul Cəfərova bəraət verdi

  • 23 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Ali Məhkəmənin Plenumu 23 aprel iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işləri üzrə qərarlar verib. Musavat.com-un məlumatına görə, hər iki şəxs bəraət alıb. Qərarlara əsasən, dövlət İlqar Məmmədova 234 min manat, Rəsul Cəfərova 57 min 400 manat mənəvi təzminat ödəməlidir.

Novator.az bildirir ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

2018-ci il avqustun 13-də İlqar Məmmədov azadlığa buraxılıb və onun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılmasına qərar verilib.

2019-cu il martın 28-də İlqar Məmmədov haqqında çıxarılmış 7 il azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay 9 günə endirilib, nəticədə İlqar Məmmədovun üzərindəki şərti həbs cəzasına son qoyulub.

İnsan Haqları Klubunun sədri olan Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. 2015-ci il aprelin 16-da o, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və mənimsəmədə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə vergi borcunu ödədiyi üçün 2015-ci il iyulun 31-də Rəsul Cəfərovun cəzası 6 il 3 aya endirilib.

2016-cı il martın 17-də hüquq müdafiəçisi prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi hər iki şəxsin şikayətləri əsasında qərarlar çıxarıb, Azərbaycanda onların hüquqlarının pozulduğunu təsdiqləyib.

Avropa Şurasının Nazirlər Komitəsi bu il martın 5-də Azərbaycanla bağlı qətnamə qəbul edərək İlqar Məmmədov və Rəsul Cəfərovun, həmçinin Azərbaycanda məhkum edilmiş, haqlarında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olan vətəndaş cəmiyyəti fəalları Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirib, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırıb, görülən tədbirlər barədə hesabat vermək üçün Azərbaycana 30 aprel 2020-ci ilədək son vaxt verib.

Pənah Hüseyn enerji məhsullarını ucuzlaşdırmağa ça...

  • 23 Aprel 2020
  • comments
Emin Huseynzade

Koronavirus dövründə Azərbaycanda başqa viruslar d...

  • 23 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda