• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident töhmətinin hüquqi əsası

  • 22 Aprel 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Prezident İlham Əliyev 2020-ci il aprelin 21-də sərəncam imzalayaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova töhmət elan edib. Töhmət Nahid Bağırovun Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozması ilə əsaslandırılıb.

Azərbaycan Konstitusiyasının 124-cü maddəsinə görə, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. İcra hakimiyyəti başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

İcra hakimiyyəti başçıları dövlət qulluqçusu sayılırlar.

Novator.az normativ hüquqi aktların vahid internet elektron bazasına (www.e-qanun.az) nəzər salaraq müəyyən edib ki, prezident İlham Əliyev 2017-ci ildə də dövlət qulluqçusuna töhmət verib. 21 avqust 2017-ci ildə imzalanmış sərəncamla prezidentin işlər müdiri Oqtay Şahbazov töhmət alıb. Töhmət Oqtay Şahbazovun xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsanla əsaslandırılıb.

Prezidentin İşlər İdarəsi prezidentin və onun administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur.

Novator.az bildirir ki, 21 avqust 2017-ci il və 21 aprel 2020-ci ildəki töhmət sərəncamlarını imzalayanda prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutduğunu bəyan edib. Həmin bənd prezidentin Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri icra qaydasında həll etmək səlahiyyətini nəzərdə tutur.

Dövlət qulluqçusuna töhmət verilməsini isə “Dövlət qulluğu haqqında” qanun tənzimləyir. Həmin qanuna əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. İntizam tənbeh tədbirləri sırasında ilk yerdə töhmət dayanır.

Sağalanların sayı 907-yə çatdı

  • 22 Aprel 2020
  • comments

Baytarlıq sistemi dəyişir

  • 22 Aprel 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda