• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məsafəli müzakirələr

  • 21 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Qarabağ danışıqlarında yeniliyə imza atılıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 21-də ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla video formatında görüşüb. Görüşə Dağlıq Qarabağ münaqişəsinin dinc həllində beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də qatılıb.

Mfa.gov.az-ın məlumatına görə, müzakirələr bir saat yarımdan çox çəkib, tərəflər koronavirus pandemiyasının bölgəyə təsiri və regiondakı son hadisələri müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımları nəzərdən keçiriblər. Koronavirus infeksiyasının yayılması üzündən öncədən planlaşdırılmış humanitar tədbirlərin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı xatırladılıb, bununla belə, bu tədbirləri hazırlamaq üçün işin davam etdirildiyi vurğulanıb, ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Görüşdə təmas saxlamaq və danışıqları mümkün qısa zamanda davam etdirmək razılığına gəlinib.

Novator.az bildirir ki, Elmar Məmmədyarov bu il yanvarın 29-30-u İsveçrənin Cenevrə şəhərində Zöhrab Mnasakanyanla iki görüş keçirib.

Nazirlərin əvvəlki görüşləri 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, 2019-cu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada, iyunun 20-si Vaşinqtonda, sentyabrın 23-ü Nyu-Yorkda baş tutub.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.

Prezident icra başçısına töhmət elan etdi

  • 21 Aprel 2020
  • comments

Əli Kərimli çağırışları

  • 22 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda