• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadçıya rabitə karantini

  • 17 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Abşeron rayonunun Xırdalan şəhərində yaşayan iqtisadçı Samir Əliyev internet və rabitə xidməti karantini ilə üzləşib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır: “Azərbaycanda internet xidmətinin bərbad olması barədə çox danışılır. Bu sıraya rabitə xidmətini də əlavə edəndə vəziyyət daha qəlizləşir, inkişaf nəğmələrinin reallıqdan nə qədər uzaq olduğunu görürsən.

Rabitə şirkətləri ilə internet provayderləri arasında çəkişmələrin müştəriyə çox başağrısı verdiyi sirr deyil. İnternetdə problem olanda zəng vurursan ATS-ə, deyir provayderlikdir, provayderə üz tutanda günahı atır ATS-in boynuna. Qalırsan ortada.

Ancaq bu dəfə üzləşdiyim nəsə yeni bir xanədir. Söhbət rabitə şirkəti ilə internet provayderinin birləşib müştərini oyuna salmasından gedir.

“BakuHotSpot” adlı provayder məni 10 gün internetsiz qoyduqdan sonra başqa provayderin internet xidmətinə qoşulmaq məcburiyyətində qaldım. Amma sevincim uzun çəkmədi. Bu dəfə telefon rabitəsi kəsildi. Rabitə xidməti göstərən “TransAvroKom” şirkətinə zəng vurdum. Telefon xəttinin düzəlməsinə verilən vəddən 3 gün keçdikdən sonra, nəhayət, abunə şöbəsinin müdirinə çıxa bildim. Demə, məni 3 gündür yola verirlərmiş, problem tamam başqadır.

Abunə şöbəsinin rəhbəri bildirdi ki, “BakuHotSpot” Xırdalanda “TransAvroKom” üçün xidmət göstərir, həmin şirkətə zəng vurub deməliyəm gəlib telefonu düzəltsin. “BakuHotSpot”la münaqişəmizi xatırladaraq dedim “TransEvroKom”la müqaviləmiz, sizin məni rabitə xidməti ilə təmin etmək öhdəliyiniz var, başqa bir şirkət niyə bu münasibətlərə müdaxilə etməlidir? Cavab verdi ki, kömək edə bilmərik, onların rabitə xidməti internet üzərindən yayımlanır və internet olmadığı üçün rabitə də olmayacaq. Məsləhət gördü ki, “BakuHotSpot” şirkətinin internet xidmətini bərpa edim.

Ona izah etdim ki, “BakuHotSpot” şirkətinin əməkdaşı “Daha sənə xidmət göstərmirəm” deməklə məni 1-10 aprel arası internetsiz qoyub, karantin dövründə, internetin hava-su kimi lazım olduğu bir vaxtda 10 gün dözüb axırda başqa şirkətin internet xidmətinə qoşulmuşam, bilə-bilə ki, internet olmasa rabitəsiz qalacam, məni qabaqcadan xəbərdar etməyiblər. Danışığımız nəticəsiz bitdi və mən telefon rabitəsiz qaldım.

Belə çıxır “TransEvroKom”la “BakuHotSpot” Xırdalanda inhisar yaradaraq digər provayderləri kənarda qoyurlar. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə, deyəsən, səlahiyyətlərinin nədən ibarət olduğunu hələ də bilmir”.

Milyardların ünvanı

  • 17 Aprel 2020
  • comments

Cəhənnəmdən keçmiş mələk (159)

  • 17 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda