Neft Fondunun gəlir-çıxarı
Dövlət Neft Fondunun (DNF) rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-mart aylarında neft və qaz sazişləri üzrə 3 milyard 772,1 milyon manat gəlir əldə edilib. Qeyd olunur ki, valyuta bazarında 2 milyard 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, bunun müqabilində 4 milyard 712,1 mi...
Daha bir cəbhəçi cəza aldı
Xətai Rayon Məhkəməsi AXCP fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədova 30 sutka inzibati həbs cəzası kəsib. Qərar aprelin 16-da çıxarılıb. Fəal polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaqda təqsirli bilinib. Azadliq.org-un məluma...
30 yoluxan, 56 sağalan var
Azərbaycanda daha 30 nəfər koronavirus infeksiyasına yoluxub. Rəsmi məlumatı aprelin 16-da Nazirlər Kabineti yanında operativ qərargah yayıb. Yeni hesabata görə, 56 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1946-cı il və 1961-cı il təvəllüdlü iki xəstə vəfat edib. Ümumilikdə ölkədə 1283 nəfərin korona...
Mərkəzi Bankın sədri postunda qaldı
Elman Rüstəmov prezident İlham Əliyevin 16 aprel sərəncamı ilə yenidən Mərkəzi Bankın sədri postuna təyinat alıb. Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi parlamentin, İdarə Heyəti üzvləri sırasından Mərkəzi Bankın sədrini seçmək dövlət başçısının səlahiyyətin...
Naxçıvanın sosial-iqtisadi göstəriciləri
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəriciləri bəlli olub. Novator.az bildirir ki, yerli Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsul ötən ilin eyni dövrünə nəzərən müqayisəli qiymətlərlə 0,8% artaraq 548,3 milyon manat dəyərində rəsmi...
Qiymət, ticarət, kapital hesabatı
İstehlak bazarında qiymət hesabatı yayılıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri 2019-cu ilin eyni dövrünə nisbətən 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,2 faiz, qeyri-ərzaq mə...
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Vahid Qazi Jurnalistikada xoşum gələn janr müsahibədir. Əlbəttə, publisistikanı nəzərə almıram, o, ən ürəyəyatan yazı meydanıdır mənim üçün. Üfüqdə sərhədləri özün çəkəcək qədər genişdir o. Jurnalistika haqda təsəvvürü üzdən olanlar elə bilirlər ki, müsahibə asan işdir. Yəni özün əziyyət çəkmirsən, ...
Neft büdcə qiymətindən nə qədər ucuzdur?
Energetika Nazirliyinin 16 aprel məlumatına görə, London birjasında brent markalı neftin barreli 27,95 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 19,89 dollara təklif olunur. “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 20,26 dollar qiymət qoyulduğu vurğulanır. Bu, büdcə qiymətind...
Karantini yumşaltmaq təklifi
İqtisadçı Natiq Cəfərli Nazirlər Kabinetinin tətbiq etdiyi karantin rejimini yüngülləşdirməyə çağırır. 2019-cu ilin dekabrında Çində pnevmoniyanın yeni növü olan yoluxucu koronavirus xəstəliyi üzə çıxaraq 210 ölkə və əraziyə yayılıb, 135 mindən çox şəxs ölüb. Azərbaycanda 1253 nəfərin koronavirus in...
2011-ci ildən bəri ilk dəfə
APA-nın 16 aprel məlumatına görə, Ədliyyə Nazirliyi Azad Demokratlar Partiyasını və Yeni Zaman Partiyasını dövlət qeydiyyatına alıb. Bununla ölkədə dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 57-yə çatıb. Novator.az bildirir ki, Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması ...
Milli Şuradan etiraz
Demokratik Qüvvələrin Milli Şurası bu qurumun Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimlinin təcrid olunmasına etiraz bəyanatı yayıb. Əli Kərimli aprelin 13-ü və 14-ü “Osmanqızı TV” internet kanalına müsahibə vermək istəyərkən problemlə üzləşib, onun evində internet və telefon əlaqəsi kəsil...
“Bahalı manat” dalanı
Natiq Cəfərli İstənilən ölkənin milli valyutası iqtisadi göstəricidir. İqtisadi institutları, birjası, qiymətli kağızlar bazarı olan dövlətlərdə məzənnə bazar iqtisadiyyatı qanunlarına görə tənzimlənir, hökumətlər məzənnə siyasətinə iqtisadi alətlərlə müdaxilə edir – milli valyutanı möhkəmləndirmək ...
Statistika nələri nişan verir?
İqtisadçı Rövşən Ağayev Azərbaycanın üç aylıq xarici ticarət statistikasına dair şərh yayıb. Novator.az-ın məlumatına görə, ekspert yanvar-mart aylarının xarici ticarət statistikasına əsaslanaraq qeyd edir ki, koronavirusun ağır psixoloji basqıları fonunda vətəndaşların gəlir və iş yeri itkisi ilə ü...
Proses təxirə düşdü
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun apellyasiya şikayətinə baxış təxirə salınıb. Proses aprelin 16-na, Yasamal Rayon Məhkəməsinin inzibati binasına təyin olunmuşdu. Novator.az-ın məlumatına görə, bu gün səhər Bakı Apellyasiya Məhkəməsindən v...
Yaxın ölkələrlə ticarət
Novator.az Azərbaycanın yaxın ölkələrlə 2020-ci ilin yanvar-mart ayları üzrə rəsmi ticarət statistikasına nəzər yetirib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, üç ayda Azərbaycan Türkiyəyə 350,6 milyon dollarlıq məhsul ixrac edib. Rusiyaya 140,2 milyon dollarlıq, Gürcüstana 105,6 milyon dollarlı...
Geoloji parkların ümumi əsasnaməsi
Prezident İlham Əliyev geoloji parklar haqqında ümumi əsasnaməni təsdiqləyib. Sənəd dövlətin geoloji parklar yaratması, onların idarə edilməsi və bu qurumlarda fəaliyyət məsələlərini tənzimləyir. Novator.az bildirir ki, ümumi əsasnaməyə görə, geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və ...