• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

  • 15 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aprelin 16-da Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq.

Tofiq Yaqublu martın 22-dən həbsdədir. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun rəsmi məlumatına görə, Tofiq Yaqublu martın 22-si saat 15 radələrində idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Bakının Nizami rayonunun Naxçıvanski küçəsində qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşub.

Tofiq Yaqublunun həmin vaxt avtomobildən çıxaraq Elxan Cəbrayılovla mübahisə etdiyi, nalayiq ifadələr işlətdiyi, yumruqla onun baş nahiyəsinə və vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirdiyi, Elxan Cəbrayılovun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirdiyi vurğulanır.

Martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Siyasətçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.

Müdafiəçiləri və Tofiq Yaqublu özü ittihamı qəbul etmir, hadisəni qurama sayırlar.

Novator.az-ın məlumatına görə, vəkil Elçin Sadıqov bəyan edib ki, Tofiq Yaqublunun həbsindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kamran Əkbərovun sədrliyi ilə baxılacaq: “Proses gündüz saat 12-yə, Yasamal Rayon Məhkəməsinin inzibati binasına təyin olunub. Koronavirus pandemiyası ilə bağlı etaplar dayandırıldığından Tofiq Yaqublu məhkəmə iclasına video vasitəsilə qatılacaq, proses qapalı keçiriləcək”.

1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.

Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Reportyorlar (69)

  • 15 Aprel 2020
  • comments

Orta maaş 28,4 faiz artıb

  • 15 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda