• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçı rejimdə Araik dövrü

  • 15 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan torpaqlarında qurulan işğalçı Dağlıq Qarabağ rejimində növbəti seçki tamaşası başa çatıb.

Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. Proporsional sistemlə seçilən 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb, Araik Arutunyan və Masis Mailyan isə “prezident seçkisinin” ikinci turuna çıxıblar.

Novator.az-ın məlumatına görə, aprelin 14-də keçirilən ikinci turda Araik Arutunyan 39,8 min səslə qalib gəlib. Onun rəqibi, rejimin “xarici işlər naziri” Masis Mailyan 5,4 min səs toplayıb.

1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır.

Xankəndidəki “Arsax Dövlət Universiteti”nin iqtisadiyyat fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Texnika elmləri namizədidir.

2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” olub.

Azad Vətən Partiyasının sədridir.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu ələ keçirib.

İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri daha 6 “parlament seçkisi” və 5 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan rəhbərlik edib.

Hazırda rejimin başında Bako Saakyan dayanır.

Prezidentin yeni tapşırıqları

  • 15 Aprel 2020
  • comments

Əli Kərimli yenə internetsiz qalıb

  • 15 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda