• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Operativ qərargaha informasiya iradı

  • 14 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

“Nazirlər Kabineti yanında operativ qərargahın xəbər siyasəti informasiya əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun deyil”. Media hüquqçusu Xalid Ağalıyev belə yazır.

Bu il fevralın 27-də yaradılan qərargah koronavirus xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlər görməklə məşğul olur.

Novator.az-ın məlumatına görə, Xalid Ağalıyev özünün “Facebook” səhifəsində mediada yayılan bilgilərə, o cümlədən jurnalistlər Şəmşad Ağa və Seymur Kazımovun yazılarına əsaslanaraq qeyd edir ki, operativ qərargah ictimai tələbat olan bilgiləri əvvəlcə hansısa meyarlar əsasında seçdiyi media qurumlarına ötürür, yalnız bundan sonra Nazirlər Kabinetinin sözçüsü həmin bilgiləri özünün şəxsi sosial media hesablarından paylaşır: “Yenilik deyil. Əvvəllər də informasiya sahibi olan dövlət qurumları mediaya, jurnalistlərə münasibətdə belə ayrı-seçkiliyə yol veriblər. İnformasiya öncə rəsmi mediaya və ya hökumətin sevimlisi olan agentliklərə ötürülür, ardınca həmin bilgi hamının əli çatan yerə, informasiya sahibinin internet resursuna daxil edilir – tez-tez rast gəlinən praktikadır.

Qanunsuzdur. Özəlliklə hazırkı fövqəladəyə oxşar durumda informasiya təminatına cavabdeh olan quruluş və səlahiyyətlilər daha diqqətli, daha həssas olmalıdır. İnformasiyaların hamıya sərbəst, maneəsiz və bərabər şərtlərlə çatdırılması təmin olunmalıdır.

Bu, bizim arzumuz deyil, “İnformasiya əldə etmək haqqında” qanunun Nazirlər Kabineti yanında operativ qərargah daxil olmaqla bütün rəsmi qurumların, ictimai bilgi sahiblərinin üzərinə qoyduğu vəzifədir. Həmin qanunun 10-cu maddəsində yazılır ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Burdan çıxan nəticə odur ki, informasiya sahibi informasiyanı ilk olaraq özünün internet resursuna yerləşdirməli, ona sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə çıxışı təmin etməlidir”.

Çökmə zolağı

  • 14 Aprel 2020
  • comments

Belarus Avropanın qapısını aralayır

  • 14 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

İranın Rusiyanı silahlandırması: yeni sübutlar

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ukrayna zirvəsindən yeni zirvəyə

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya “Baltika”nı Danimarkadan hansı pulla alıb?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Dayandıran olmasa, Putin dayanan deyil”

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

İranın Rusiyanı silahlandırması: yeni sübutlar

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

İranın Rusiyanı silahlandırması: yeni sübutlar

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ukrayna zirvəsindən yeni zirvəyə

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya “Baltika”nı Danimarkadan hansı pulla alıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda