• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hesabat parlamentdən keçdi

  • 09 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Milli Məclisin 9 aprel iclasında Nazirlər Kabinetinin 2019-cu il hesabatı verilib. Karantin rejimi ilə əlaqədar olaraq baş nazir Əli Əsədov hesabatı video formatda təqdim edib.

Novator.az-ın məlumatına görə, baş nazir deyib ki, 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib: “2018-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı 1,8 faiz artıb, əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olub.

İnflyasiyanın səviyyəsi 2,6 faiz, işsizliyin səviyyəsi 4,8 faiz təşkil edib. Əvvəlki ilə nisbətən əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı 16,6 faiz artaraq 635 manata çatıb.

Dövlət büdcəsinin gəlirləri 24,2, xərcləri 24,4 milyard manat səviyyəsində icra olunub. Strateji valyuta ehtiyatları 14,2 faiz artaraq 51 milyard dollara yüksəlib. Hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 milyard 91 milyon ABŞ dolları təşkil edib.

Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artıb, bu investisiyaların 70 faizi daxili mənbələr hesabına formalaşıb”.

Hesabat səsə qoyularaq məqbul sayılıb.

Nazirlər Kabineti Milli Məclisə hər il yazda hesabat verir.

Azərbaycan Konstitusiyasına görə, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazir və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

İndi Nazirlər Kabineti 17 nazirlik, 7 dövlət komitəsi, 5 xidmət, 2 agentlik, 1 idarədən ibarətdir.

Konstitusiyada Nazirlər Kabinetinin statusu prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub. Ana qanuna görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Prezidentə tabe olan, onun qarşısında cavabdehlik daşıyan qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

300 manat və…

  • 09 Aprel 2020
  • comments

Deputata yaşıl işıq

  • 09 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda