• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşsiz statusu almağın yolu

  • 07 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi də nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərin qeydiyyatını elektron qaydada aparır. İşsiz şəxs qeydiyyat üçün www.e-sosial.az portalına daxil olaraq “e-Xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir. Rəsmi açıqlamaya əsasən, birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq: “Bununla bağlı mexanizm hazırlanır. Proses başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödənəcək”.

Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə açıqlama yayaraq işsiz statusu almaq istəyənlərə məsləhət verib. O qeyd edir ki, www.e-sosial.az saytına daxil olan şəxsin asan imzası və ya elektron imzası yoxdursa, onda istifadəçi fərdi identifikasiya nömrəsi (FİN) əldə etməlidir: “Onlayn qaydada FİN-in əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.

Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın. FİN-lə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub orada uyğun məlumatları yerləşdirin”.

İqtisadçı sistemdə problemlə qarşılaşan şəxsi 108-ə zəng edib əlavə məlumat almağa çağırır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 aprel açıqlamasına görə, onlayn qaydada müraciət etmək üçün E-sosial.az portalında hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “Online müracət” bölməsində işsiz və ya işaxtaran kimi uçota alınmaq mümkündür. Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə “İstiqamət” bölməsində “Məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Dövlət Statistika Komitəsi 2020-ci il martın 1-nə məşğulluq xidməti orqanlarında 90,8 min nəfər işsiz kimi qeydiyyata alındığını bəyan edib.

İqtisadi pandemiya: yaxşı və pis ssenarilər

  • 07 Aprel 2020
  • comments

Müxalif siyasətçilər əfvi yarımçıq sayır

  • 07 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda