• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

  • 02 Aprel 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə hərəkət məhdudiyyətləri tətbiqi ilə bağlı qərar qəbul edib.

Hərəkət məhdudiyyətləri koronavirus infeksiyası yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində müəyyən olunub.

Hərəkət məhdudiyyətləri aprelin 5-i saat 00:00-dan tətbiq olunur və ayın 20-dək qüvvədədir.

1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

• Prezident Administrasiyası və Nazirlər Kabineti Aparatı əməkdaşları;

• Milli Məclisin deputatları və Milli Məclis Aparatı əməkdaşları;

• mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərləri və onların müavinləri;

• ombudsman və Ombudsman Aparatı əməkdaşları;

• dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

• Xarici İşlər Nazirliyinin əməkdaşları;

• Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki qurumların əməkdaşları;

• dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);

• dövlət səhiyyə orqanları və qurumları (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

• hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

• kütləvi informasiya vasitələrinin əməkdaşları;

• Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Xarici İşlər Nazirliyinin verdiyi akkreditasiya kartları əsasında).

2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən elektron imzadan istifadə etməklə İcaze.e-gov.az portalına daxil etdikdən sonra onların hərəkətinə yol verilir:

• dövlət orqanları, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);

• Nazirlər Kabinetinin 30 mart 2020-ci il qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətləri davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

• fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi könüllüləri hərəkətinə onlar barədə məlumatlar İcaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

• təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

• ərzaq və digər gündəlik tələbat malları, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

• yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkimin verdiyi arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi – ərzaq və digər gündəlik tələbat malları, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

• Azərbaycan vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),

• Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),

• Azərbaycan ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddəti uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

Nümunə: ərzaq və digər gündəlik tələbat malları, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqaa çağırılmalarına dair sənədi polis əməkdaşları tələbi ilə onlara təqdim etməlidirlər.

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”in) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları İcaze.e-gov.az portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

Bu qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydaları pozulması halları xüsusi karantin rejimi pozulması kimi qiymətləndirilməklə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq. Eyni zamanda İcaze.e-gov.az portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

1 nömrəli əlavə

Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısı

1. “Azərsu” ASC

2. “Azəriqaz” İstehsalat Birliyi

3. “Azərişıq” ASC

4. “Azərenerji” ASC

5. “Azəristiliktəchizat” ASC

6. Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Meliorasiya və Su Təsərrüfatı ASC

8. “AzerGold” QSC

9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

10. “Azərbaycan Sənaye Korporasiyası” ASC

11. “Azərkosmos” ASC

12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

13. “Azərbaycan Dəmir Yolları” QSC

14. “Azərbaycan Hava Yolları” QSC

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. “Bakı Metropoliteni” QSC

19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC

20. Dövlət Dəniz Agentliyi

21. Dövlət Mülki Aviasiya Agentliyi

22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

23. Çörək və digər ərzaq məhsulları istehsalı, tədarükü və təchizatı müəssisələri.

2 nömrəli əlavə

Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanları, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin siyahısı

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2. Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi

3. Təhsil Nazirliyi

4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5. İqtisadiyyat Nazirliyi

6. Maliyyə Nazirliyi

7. Müdafiə Sənayesi Nazirliyi

8. Energetika Nazirliyi

9. Mədəniyyət Nazirliyi

10. Gənclər və İdman Nazirliyi

11. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

12. Dövlət Statistika Komitəsi

13. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

14. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

15. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

16. Diasporla İş üzrə Dövlət Komitəsi

17. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

18. Qida Təhlükəsizliyi Agentliyi

19. Dövlət Turizm Agentliyi

20. Əqli Mülkiyyət Agentliyi

21. Mənzil İnşaatı Dövlət Agentliyi

22. Dövlət Reklam Agentliyi

23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)

24. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

25. Mərkəzi Bank, dövlətə məxsus banklar

26. Dövlət Neft Fondu

27. Şəhər və rayon icra hakimiyyəti orqanları

28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

29. Dənizkənarı Bulvar İdarəsi

30. Dövlət İmtahan Mərkəzi

31. Hesablama Palatası

32. İpoteka və Kredit Zəmanət Fondu

33. Əmanətlərin Sığortalanması Fondu

34. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

36. “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı.

Harda qalmısınız, kəlbəcərlilər?

  • 02 Aprel 2020
  • comments

Cəhənnəmdən keçmiş mələk (157)

  • 03 Aprel 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda