• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağdakı seçki tamaşasından ilkin məlumat

  • 01 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycanın işğaldakı torpaqlarında qurulan Dağlıq Qarabağ rejiminin martın 31-də keçirdiyi “prezident və parlament seçkilərinin” nəticələri hesablanır. Novator.az-ın məlumatına görə, 14 namizədin qatıldığı “prezident seçkisində” Araik Arutunyan 49,6% səs toplayaraq önə çıxıb. Masis Mailyanın 26,4% səs yığdığı bildirilir. Bu iki şəxsin aprelin 14-nə təyin olunmuş ikinci turda yarışacağı gözlənir.

1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin fəal iştirakçısıdır. 2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” olub.

Masis Mailyan 1967-ci ildə Xankəndidə doğulub. Uzun illər işğalçı rejimin “Xarici İşlər Nazirliyi”ndə çalışıb, 2001-2007-ci illərdə “nazir müavini” olub. 2017-ci ildən “xarici işlər naziri”dir.

Proporsional sistemlə seçilən 33 nəfərlik “parlamentə” düşmək üçün 10 siyasi partiya və 2 blok mübarizə aparıb, onların 5-i uğur qazanıb.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu ələ keçirib.

İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri daha 6 “parlament seçkisi” və 5 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan rəhbərlik edib.

Hazırda rejimin başında Bako Saakyan dayanır.

Sahibkarlara və əhaliyə dəstək proqramları hazırla...

  • 31 Mart 2020
  • comments

Apreldə hava

  • 01 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda