Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin mart ayında keçirdiyi valyuta hərraclarında 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi açıqlama aprelin 1-də yayılıb.
Novator.az bildirir ki, üç ayda manatı qorumağa 2 milyard 771,9 milyon dollar gedib. Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar sərf etmişdi.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.