Yeni parlamentin özəllikləri
Konstitusiya Məhkəməsi Milli Məclisə seçilmiş şəxslərin adlarını açıqlayıb. Milli Məclisə seçki fevralın 9-da 125 dairədə keçirilib. 4 dairə üzrə səsvermənin nəticələri ləğv olunduğu üçün yeni parlament hələlik 121 nəfərdən ibarətdir. Novator.az bildirir ki, prezident İlham Əliyevin sədrlik etdiyi Y...
Neft 30 dollara düşsə…
2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Azərbaycan neftinin barreli ilə 70,04 dollarla başlayıb, hazırda isə qiymət 54,32 dollardır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu yaxınlarda deyib ki, Azərbaycanda neftin barr...
Milli Məclisin yeni deputatları
Martın 5-də Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının təqdimatına baxaraq parlament seçkisinin nəticələrini təsdiqləyib. Fevralın 9-da keçirilmiş parlament seçkisi 125 dairəni əhatə edib. Mərkəzi Seçki Komissiyasının qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 8...
Azərbaycanda cəza, ABŞ-da mükafat
“Bu gün bu mükafatı nəyə görə alıramsa, öz ölkəmdə ona görə cəzalandırılıram”. Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova “Turan”ın Vaşinqton müxbirinə müsahibəsində belə deyib. Martın 4-də Vaşinqtonda Şəhla Hümbətovaya ABŞ dövlət katibinin təsis etdiyi “Cəsarətli qadınlar” mükafa...
Arif Hacılı məhbuslara müvəqqəti azadlıq istəyir
Müsavat Partiyasının başqanı Arif Hacılı koronavirus xəstəliyi təhlükəsindən yayınmaq təklifi verib. Novator.az-ın məlumatına görə, 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatmış siyasətçi özünün “Facebook” səhifəsində yazır ki, cəzaçəkmə müəssisələri koronavirus infeksiyasının yayılması üçün ən tə...
Təlim əməliyyatları
Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimləri davam edir. Müdafiə Nazirliyinin 5 mart məlumatına görə, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoş...
Valyutaların istiqaməti
Martın 5-də avronun rəsmi məzənnəsi 1,8937 manata düşüb. Novator.az-ın məlumatına görə, Rusiya rublu da ucuzlaşıb: 0,0256 manat. Mərkəzi ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb, Gürcüstan larisi (0,6119 manat) və Türkiyə lirəsi (0,2792 manat) isə dəyər artırıb (Valyutalar). Avro 2020-...
Yeni baş nazir, yeni hökumət
Ukrayna parlamenti – Ali Rada martın 4-ü axşam prezident Vladimir Zelenskinin təqdimatına baxaraq Denis Şmıqalı baş nazir postuna təyin edib. Novator.az-ın məlumatına görə, 1975-ci ildə Lvov şəhərində doğulan Denis Şmıqal iqtisad elmləri namizədidir. İvano-Frankovsk Vilayət Administrasiyasının başçı...
“Kölgə iqtisadiyyatına yol vermək olmaz”
“Sahibkarlığın inkişafı ölkəmizin inkişafının əsas şərti olacaq”. Martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev belə deyib. AZƏRTAC-ın arayışına görə, layihənin ikinci mərhələsi tamamlanan kompleksdə paxlalı bitkilərin toxumu istehsalı zavodu, dənli bit...
Tovuz səfəri
Prezident İlham Əliyev martın 4-də Tovuz rayonuna baş çəkib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. İlham Əliyev Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, “ASAN ...
Reportyorlar (63)
Firuzə Davudqızı …Kazımovun böyük iftixarla söz açdığı o sabah dünəndən də qara və çarəsiz gəldi. Bir gecədə bilmədiyimiz çox şey dəyişmişdi. Bu gün dünənki hava çalınmırdı. Verilən fərman dostluğu, qardaşlığı, ən əsası müsəlmanlığı tapdayıb keçəcək qədər qüvvəli idi. Bu gün qayınatam sübh tez...
Məhkəmə cəbhəçini buraxmadı
Martın 4-də Bakı Apellyasiya Məhkəməsi AXCP üzvü Məmməd İbrahimin şikayətinə baxıb. Məmməd İbrahim fevralın 26-sı paytaxtda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəndən az sonra tutulub. Həmin vaxt o, partiyadaşı Asif Yusifli ilə bir yerdə olub. Hər iki fəal Xətai Ray...
Trampın rəqibləri: kim önə çıxıb?
2020-ci il noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Respublikaçılar Partiyasının seçkiyə indiki prezident Donald Trampın namizədliyi ilə gedəcəyi gözlənir. Demokratlar Partiyasının namizədi isə iyun ayında keçiriləcək qurultayda müəyyənləşəcək. 3979 nümayəndəlik qurultayda namizəd statusu ...
Koronavirus qurbanları: yeni statistika
Novator.az koronavirus xəstəliyi üzrə yenilənmiş statistikanı təqdim edir. Martın 4-nə olan hesabata görə, ötən ilin dekabrında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi daha 80 ölkəyə yayılıb, 93 min 574 nəfər infeksiyaya yoluxub, 3219 şəxs dünyasını dəyişib. 6 nəfərin “Dia...
Beynəlxalq hesabat: Azərbaycan qeyri-azad ölkə sayılır
Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq insan haqları təşkilatı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabat 195 ölkə və 83 ərazidə insan hüquqlarının durumuna qiymət verir. Estoniya, Litva və Latviya azad ölkələr arasında yer alır. Rusiya, Belarus, Azərbaycan, Qazaxıs...
Şəhla Hümbətova ABŞ dövlət katibinin mükafatına layiq görüldü
Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova ABŞ dövlət katibinin təsis etdiyi “Cəsarətli qadınlar” mükafatına layiq görülüb. 2007-ci ildə təsis olunan mükafat hər il dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda...
Ağstafada açılışlar
Prezident İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib. İlham Əliyev Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərə...
Narazılar işçi qrup yaradıb
Seçki saxtakarlığına qarşı mübarizə qrupu yaradılıb. Novator.az-ın məlumatına görə, fevralın 9-da keçirilmiş parlament seçkisinə qatılan Müsavat, Respublikaçı Alternativ partiyalarının, “Nida”, “D18” təşkilatlarının təmsilçiləri və ictimai sektor nümayəndələri martın 3-də belə qərar verib. Müsavat P...
Müsavatçılar aksiyanı dayandırıblar
Müsavatçı fəallar Elman Quliyev və Elşad İsrafil aclıq aksiyasını dayandırıblar. Onlar fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrinin ləğv olunmasını tələb edirdilər. Seçkidə Elman Quliyev 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən, Elşad İsrafil 42 saylı Sumqayıt dairəsin...
Neft büdcə qiymətinə doğru
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli 54,63 dollara yüksəlib. Xəbəri martın 4-də Energetika Nazirliyi yayıb. Novator.az bildirir ki, Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77 dollarla başlayıb.