• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentdən mühafizə fərmanı

  • 17 Mart 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğvinə fərman verib. Martın 16-da imzalanan sənədə görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç qurum yaradılır: Prezidentin Təhlükəsizlik Xidməti; Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Hər üç təsisat əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində prezidentə təqdim etməlidir. Nazirlər Kabinetinə həmin müddət ərzində “Milli Qvardiyanın statusu haqqında” qanun layihəsini hazırlamaq tapşırılıb.

Martın 16-da həmçinin sərəncam imzalayan dövlət başçısı Bəylər Eyyubovu Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edib. General-polkovnik Bəylər Eyyubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini idi.

Novator.az bildirir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsası 1931-ci ildə Xalq Daxili İşlər Komissarlığının Mühafizə Şöbəsi kimi qoyulub. 1938-ci ildən qurum Bakı Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən Daxili İşlər Nazirliyinin Partiya-Sovet Orqanlarının Mühafizə Şöbəsi adlanıb.

1991-ci ildə qurum Prezident Aparatı yanında Mühafizə İdarəsinə, sonra Daxili İşlər Nazirliyi yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə Şöbəsinə, 1992-ci ildə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsinə çevrilib.

23 avqust 1993-cü ildə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılıb, 2002-ci ildə quruma Xüsusi Dövlət Mühafizə Xidməti adı verilib.

Quruma 1992-ci ildən bəri Vaqif Axundov rəislik edib. 1950-ci il təvəllüdlü Vaqif Axundov general-polkovnikdir.

Nazirlə söhbət

  • 16 Mart 2020
  • comments

Yeni proqramda nələr var?

  • 17 Mart 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda