Martın 12-də avronun rəsmi məzənnəsi 1,9201 manata düşüb. Novator.az-ın məlumatına görə, həmçinin Gürcüstan larisi (0,5749 manat), Rusiya rublu (0,0231 manat), Türkiyə lirəsi (0,2735 manat) ucuzlaşıb.
Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb (Valyutalar). Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-fevral aylarında keçirdiyi valyuta hərraclarında 843,6 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarın hərraclarında 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar sərf olunub.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.