• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Demokratların qüvvələr nisbəti

  • 12 Mart 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

ABŞ-da prezidentliyə iddialı demokratların namizədlik yarışı davam edir.

Ölkədə prezident seçkisi 2020-ci il noyabrın 3-də keçiriləcək. Demokratlar Partiyasının namizədi iyun ayında keçiriləcək qurultayda müəyyənləşəcək. 3979 nümayəndəlik qurultayda namizəd statusu almaq üçün 1991 nəfərin dəstəyi tələb olunur.

Qurultay nümayəndələrini demokratlar ştatlarda keçirilən səsvermələrdə seçir. Novator.az-ın məlumatına görə, namizədliyə iddia edən sabiq vitse-prezident (2009-2017) Cozef Bayden indiyə qədər qurultaya 864, senator Berni Sanders 710, 38 yaşlı iddiaçı Tulsi Qabbard 2 nümayəndəyə sahibdir.

Hələlik 23 ştatda nümayəndələr müəyyənləşib. ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir.

Respublikaçılar Partiyasının seçkiyə indiki prezident Donald Trampın namizədliyi ilə gedəcəyi ehtimal olunur.

Ölkədə prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Prezidentliyə namizədlərin heç biri bu qədər səs qazanmasa, dövlət başçısını Konqresin Nümayəndələr Palatası seçir.

2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası həmin il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. Prezidentliyə qədər tikinti biznesi ilə məşğul olub.

Miqrasiya: pozuntular, cəzalar

  • 12 Mart 2020
  • comments

Diplomatik korpusda yeni təyinatlar

  • 12 Mart 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda