• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Azərbaycana vaxt qoyub

  • 12 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Avropa Şurasının Nazirlər Komitəsi martın 5-də Azərbaycanla bağlı qətnamə qəbul edib. “Turan”ın məlumatına görə, Nazirlər Komitəsi müxalif siyasətçi İlqar Məmmədov, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirib, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırıb.

Komitənin göstərişlərinə uyğun olaraq görülən tədbirlər barədə hesabat vermək üçün Azərbaycana 30 aprel 2020-ci ilədək son vaxt verilib.

İlqar Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov və İntiqam Əliyev Azərbaycanda məhkum ediliblər. Avropa İnsan Hüquqları Məhkəməsi onları cəzalandırmaq və susmağa məcbur etmək üçün cinayət hüququndan istifadəni qanunsuz sayıb. Məhkəmənin 29 may 2019-cu il qərarında göstərilib ki, Azərbaycan 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.

Novator.az bildirir ki, Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.

36 dollardan bir az baha…

  • 12 Mart 2020
  • comments

Koronavirus: itki sayı 4700-ə yaxınlaşır

  • 12 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda