• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putinin yenidən prezident seçilməsinin yolu açılır

  • 11 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Martın 11-də Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması ölkə konstitusiyasına dəyişikliklər layihəsini son oxunuşda qəbul edib.

Novator.az-ın məlumatına görə, layihə ölkədə azı 25 il daimi yaşamamış, başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə daimi yaşamaq hüququ almış şəxsin Rusiya prezidenti postuna namizədliyinə yasaq nəzərdə tutur.

Layihəyə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatıla bilər.

Digər təklifə əsasən, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri Dövlət Duması təyin edəcək.

Parlamentin yuxarı palatası – Federasiya Şurası xarici işlər, müdafiə, ədliyyə, daxili işlər, fövqəladə hallar nazirlərinin təyinatına razılıq vermək səlahiyyətləri alır.

Layihə Federasiya Şurasından keçəndən sonra ümumxalq səsverməsinə – referenduma çıxarılacaq.

1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci il seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

İlin əvvəlindən Azərbaycan nefti 33,93 dollar ucuz...

  • 11 Mart 2020
  • comments

Koronavirus: neçə itki var?

  • 11 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda