• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Erkin Qədirlinin ilk parlament təəssüratları

  • 11 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Fevralın 9-da keçirilmiş parlament seçkisində 16 saylı Yasamal dairəsindən deputat mandatı alan Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli Milli Məclisdəki ilk günündən yazıb.

Yeni Milli Məclisin martın 10-da keçirilən ilk iclasında Yeni Azərbaycan Partiyasından Sahibə Qafarova parlament sədri, Əli Hüseynli parlament sədrinin birinci müavini, partiyasız deputat Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli sədr müavini seçiliblər.

Novator.az-ın məlumatına görə, Erkin Qədirli özünün “Facebook” səhifəsində yazır ki, Milli Məclis sədrinin və onun iki müavininin seçkisində bitərəf qalıb, birinci müavin seçkisində lehinə səs verib.

Deputat qeyd edir ki, Milli Məclis üzvləri plenar iclas zalında oturduqları yerləri özləri seçmir, əvvəlcədən daimi yer təyin olunur, orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir, həmin kartı çıxarmaq olmaz: “Axırıncı sırada əyləşirəm. Yanımda Razi Nurullayev oturur”.

Razi Nurullayev 79 saylı İmişli dairəsindən deputatdır.

Erkin Qədirli Milli Məclisdəki kresloları belə təsvir edir: “Həddən artıq rahatdırlar. Heç təyyarələrin biznes-klass salonlarında belə kreslo olmur. İrəli-geri, yuxarı-aşağı yönlərdə dəyişmək mümkündür, elektron düymələri var. O kreslolar işləmək üçün yox, istirahət üçün yaxşıdır.

Milli Məclis zalı isə sinif otağı kimidir, açıq müzakirələr üçün uyğun ortam havası vermir: “Yerlər dairəvi amfiteatr şəklində düzülsə yaxşı olar”.

Erkin Qədirli 1972-ci ildə doğulub. Hüquqşünasdır. Onun üzvü olduğu partiya 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb. Təşkilata İlqar Məmmədov sədrlik edir.

Parlament seçkisi 125 dairədə keçirilib. 4 dairə üzrə səsvermənin nəticələri ləğv olunduğu üçün yeni Milli Məclis hələlik 121 nəfərdən ibarətdir.

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.

Vətəndaş Həmrəyliyi Partiyası 3 yer götürüb.

Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.

40 deputat partiyasızdır.

Reportyorlar (64)

  • 11 Mart 2020
  • comments

Yuxarı palata da Putin layihəsinə razılaşdı

  • 11 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda