• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni Milli Məclis toplaşır

  • 10 Mart 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yeni Milli Məclisin ilk iclası martın 10-da keçiriləcək. Xəbəri yayan APA bildirir ki, ən yaşlı deputat Fəttah Heydərovun aparacağı iclasda Milli Məclisin sədri və müavinləri seçiləcək.

Milli Məclisə seçki fevralın 9-da 125 dairədə keçirilib. 4 dairə üzrə səsvermənin nəticələri ləğv olunduğu üçün yeni parlament hələlik 121 nəfərdən ibarətdir.

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.

Vətəndaş Həmrəyliyi Partiyası 3 yer götürüb.

Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.

40 deputat partiyasızdır.

Milli Məclisdə 22 qadın yer alır.

Deputatların 44-ü əvvəlki Milli Məclisin üzvü olmayan şəxslərdir. Onlardan yalnız birinin – Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının parlament təcrübəsi var. O, 1995, 2000, 2005 və 2010-cu illərdə seçilmiş parlamentlərində təmsil olunub.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda 2020-ci ilədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.

Altıncı parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxaraq 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.

Milli Məclisin prezidentin təqdimatları əsasında dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət; insan hüquqları üzrə müvəkkilin seçilməsi; baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi; Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması; Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi və başqa səlahiyyətləri var.

Deputat seçilmiş üç nəfər vəzifədən getdi

  • 09 Mart 2020
  • comments

Operativ qərargahdan koronavirus açıqlaması

  • 10 Mart 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda