• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlamentə sədr seçildi

  • 10 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Yeni Milli Məclisin martın 10-da keçirilən ilk iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi Sahibə Qafarova parlament sədri seçilib. Onu 116 deputat dəstəkləyib.

Novator.az bildirir ki, Sahibə Qafarova indiki Bakı Slavyan Universitetini və Azərbaycan Dillər Universitetini bitirib. Filologiya elmləri doktoru, professordur. 2010-cu ildən Milli Məclisin deputatıdır. O, fevralın 9-da keçirilmiş parlament seçkisində 98 saylı Şəmkir şəhər dairəsindən mandat alıb.

Yeni Azərbaycan Partiyasının üzvü, 49 saylı Yevlax-Mingəçevir dairəsindən deputat Əli Hüseynli parlament sədrinin birinci müavini, 20 saylı Nərimanov dairəsindən partiyasız deputat Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsindən deputat Fəzail İbrahimli sədr müavini seçiliblər.

Əli Hüseynli eyni zamanda hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, Adil Əliyev gənclər və idman komitəsinə, Fəzail İbrahimli ictimai birliklər və dini qurumlar komitəsinə sədrlik edəcək.

Ziyafət Əsgərov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc insan hüquqları komitəsinin, Sadiq Qurbanov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev aqrar siyasət komitəsinin, Musa Quliyev əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov səhiyyə komitəsinin, Hicran Hüseynova ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev elm və təhsil komitəsinin, Qənirə Paşayeva mədəniyyət komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri postuna gətirilib.

Milli Məclisə seçki 125 dairədə keçirilib. 4 dairə üzrə səsvermənin nəticələri ləğv olunduğu üçün yeni parlament hələlik 121 nəfərdən ibarətdir.

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.

Vətəndaş Həmrəyliyi Partiyası 3 yer götürüb.

Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.

40 deputat partiyasızdır.

1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan 7 nəfər parlament sədri postunu tutub: Elmira Qafarova, Yaqub Məmmədov (prezident səlahiyyətlərini də icra edib), İsa Qəmbər (bir müddət prezident səlahiyyətlərini də icra edib), Heydər Əliyev (bir müddət prezident səlahiyyətlərini də icra edib), Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədov.

Koronavirus statistikası

  • 10 Mart 2020
  • comments

“İçində sevgidən yanıq yeri var…” (Şeirlər)

  • 10 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda