• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Manat təhlükədə: ekspertlər nə təklif edir?

  • 10 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Martın 10-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 36,62 dollara düşüb. Bu, büdcə qiymətindən 18,38 dollar aşağı qiymətdir. Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77 dollarla başlayıb.

Neft dünyanın bir çox ölkəsini bürüyən koronavirus epidemiyası fonunda ucuzlaşmağa başlayıb. İri neft ixracatçılarını birləşdirən OPEK və bir neçə qeyri-OPEK ölkəsi martın 6-da hasilatı azaltmaq razılığına gələ bilmədiyi üçün qiymətlər daha kəskin enib.

Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazır ki, neftin ucuzlaşması Dövlət Neft Fondunun büdcəsinə mənfi təsir edəcək: “Bu il Neft Fondunun büdcəsinin gəlir hissəsi 12 milyard 384 milyon manat təsdiqlənib və bu gəlir neftin qiymətinin 55 dollar olmasına hesablanıb. Qiymət 35 dollar olsa, Neft Fondunun gəlirləri təqribən 5 milyard manat azalacaq, kəsir yaranacaq, çünki bu il üçün xərclər ümumən 11 milyard 590 milyon manat nəzərdə tutulub. Deməli, Neft Fondu öz ehtiyatlarından xərcləməli olacaq.

Daha bir bəla odur ki, Neft Fondunun aktivlərində əsas hissə dollarladır – dünyada dollar da düşür. Neft Fondunun qiymətli kağızlarda və daşınmaz əmlakda olan aktivləri də ucuzlaşır. Düzdür, qızılda artım var, amma qızılda olan aktivlər itkiləri kompensasiya etmir.

Başqa fəsadlar da var. Ucuz neft xarici ticarət dövriyyəsini çökdürəcək, xarici ticarət balansında mənfi saldo yaranacaq, paralel olaraq ümumi daxil məhsul da azalacaq”.

Ekspert ilkin olaraq yubanmadan manatı ucuzlaşdırmağı, inzibati məzənnəni 1,95 manata yüksəltməyə çağırır. O, sadə, ancaq dövriyyədən hesablanan və kiçik həcmli vergi tutulan sistemə keçməyi də məsləhət görür.

Ayna.az-a danışan iqtisadçı Rövşən Ağayev isə deyib ki, növbəti devalvasiya Azərbaycan iqtisadiyyatını tam çökdürə bilər: “2015-ci il devalvasiyasının təsirlərini hələ aradan qaldıra bilməmişik. Lakin neftin ucuzlaşması uzun müddət davam etsə, devalvasiya qaçılmaz olacaq.

Azərbaycan hökuməti yaxın bir həftə ərzində prosesləri izləməli və məsələyə daha ciddi, daha təmkinli yanaşmalıdır. Hətta hesab edirəm ki, neft 40 dollar ətrafında sabitləşə də bilər”.

2015-ci ilin devalvasiyaları nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.

2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Beşlikdə durum

  • 10 Mart 2020
  • comments

Media koronavirusla bağlı hansı suallara cavab tap...

  • 10 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda