• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryanın nə xəstəlikləri var?

  • 10 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistan paytaxtı Yerevanın Şenqavit rayonuna aid ümumi məhkəmə sabiq prezident Robert Köçəryanın işi üzrə prosesi təxirə salıb. Novator.az-ın məlumatına görə, martın 10-na təyin olunmuş məhkəmə iclası martın 17-nə keçirilib. Buna Robert Köçəryanın xəstələnməsi səbəb olub.

Yerevandakı “Kentron” cinayət-icra müəssisəsində saxlanan Robert Köçəryan martın 7-də “Nairi” Tibb Mərkəzinə aparılıb, martın 8-də “Erebuni” Tibb Mərkəzinə köçürülüb. Onun ürək-damar sistemində problemlərdən (ürək ritminin pozulması, güclü başgicəllənməsi, yüksək qan təzyiqi) əziyyət çəkdiyi bildirilir.

1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.

2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-dən Robert Köçəryan yenidən həbsdədir, sentyabrın 12-dən isə Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi gedir. Sabiq prezidentlə birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.

Robert Köçəryan ötən ilin oktyabr ayında Yerevandakı “İzmirlyan” Tibb Mərkəzində xoşxassəli şişdən əməliyyat olunub, dekabrda orada reabilitasiya mərhələsindən keçib.

Hasilat hesabatı

  • 10 Mart 2020
  • comments

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəs...

  • 10 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda