• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni razılaşma qüvvəyə minib

  • 06 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Rusiya ilə Türkiyənin yeni razılaşması qüvvəyə minib. Novator.az-ın məlumatına görə, prezidentlər Vladimir Putin və Rəcəb Teyyub Ərdoğanın martın 5-i Moskvada keçirdiyi görüş üç maddəlik razılaşma ilə bitib. Sənədə əsasən, martın 6-dan təmas xəttində atəş dayanır, Rusiya və Türkiyə M4 şosesindən cənuba və şimala doğru 6 kilometr enində təhlükəsizlik dəhlizi yaradır, martın 15-dən həmin şose boyu birgə patrul nəzarətinə başlayır.

Suriyada 2011-ci ildə prezident Bəşər Əsədin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. Ölkənin Türkiyə ilə sərhəd bölgələrinə nəzarət kürd yaraqlılarının nəzarətinə keçib, onlar Türkiyədəki kürd separatçılarına dəstək veriblər.

Türkiyə Silahlı Qüvvələri ötən ilin oktyabrında sərhəd boyu məskən salan kürd qruplaşmalarını bölgədən sıxışdırıb çıxarmaq üçün Suriyada hərbi əməliyyata başlayıb, xeyli ərazini terrorçulardan təmizləyib.

Bu əməliyyatlardan sonra ABŞ kürdlərin sərhəd zolağından Türkiyənin tələb etdiyi məsafəyə çəkilməsinə, ağır silahların onlardan alınmasına boyun olub.

Ardınca Rusiya ilə razılaşma əldə olunub. Razılaşma kürd birləşmələrinin Türkiyə sərhədindən 30 kilometr geri çəkilməsini, Rusiya və Türkiyə hərbçilərinin ərazidə birgə patrul xidməti aparmasını nəzərdə tutub.

Son vaxtlar Rusiyanın dəstəklədiyi Suriya ordusu İdlib vilayətində dinc əhaliyə, müxalif birləşmələrə, türkiyəli hərbçilərə qarşı hərbi əməliyyatlar keçirib və ərazidə vəziyyət gərginləşib. Türkiyə yaranmış vəziyyətdə Əsəd rejimini və Rusiyanı, Rusiya isə Türkiyəni ittiham edib.

Zaman təsəlli olsaydı…

  • 06 Mart 2020
  • comments

Cəhənnəmdən keçmiş mələk (153)

  • 06 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda