• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qadınlarla bağlı rəsmi rəqəmlər

  • 06 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi qadınlarla bağlı rəqəmlər açıqlayıb. Hesabata görə, 2020-ci ilin əvvəlinə ölkə əhalisinin 50,1 faizi qadınlar olub, ötən il doğulan 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb.

Qeyd olunur ki, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsili müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin 66 faizi qadınlar, şagirdlərin 46,7 faizi, orta ixtisas təhsili alanların 64,1 faizi, ali məktəb tələbələrinin 48,8 faizi qızlardır.

Rəsmi statistikaya əsasən, elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir, Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin 8-i, müxbir üzvlərinin 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında 21,7 faiz, bədən tərbiyəsi və idmanla məşğul olanların arasında 42,6 faiz göstərilir.

Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.

1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.

Koronavirus: 3389 itki var

  • 06 Mart 2020
  • comments

Şəhid sərhədçi dəfn edilib

  • 06 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Gender

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda