• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni parlamentin özəllikləri

  • 05 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Konstitusiya Məhkəməsi Milli Məclisə seçilmiş şəxslərin adlarını açıqlayıb.

Milli Məclisə seçki fevralın 9-da 125 dairədə keçirilib. 4 dairə üzrə səsvermənin nəticələri ləğv olunduğu üçün yeni parlament hələlik 121 nəfərdən ibarətdir.

Novator.az bildirir ki, prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentdə 70 deputatla təmsil olunur.

Vətəndaş Həmrəyliyi Partiyası 3 yer götürüb.

Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.

40 deputat partiyasızdır.

Milli Məclisdə 22 qadın yer alır.

Parlamentin ən yaşlı deputatı 1938-ci il təvəllüdlü Fəttah Heydərovdur (partiyasız).

Bir deputat 1940-cı, bir deputat 1945-ci, iki deputat 1946-cı, dörd deputat 1947-ci, bir deputat 1949-cu ildə doğulub.

Ən cavan deputat – Səbinə Xasayeva (YAP) 1993-cü il təvəllüdlüdür.

İki deputat 1980-ci, iki deputat 1981-ci, üç deputat 1982-ci, iki deputat 1983-cü, bir deputat 1984-cü, bir deputat 1985-ci, bir deputat 1986-cı, bir deputat 1988-ci, bir deputat 1989-cu, bir deputat 1990-cı ildə anadan olub.

Deputatların 44-ü əvvəlki Milli Məclisin üzvü olmayan şəxslərdir. Onlardan yalnız birinin – Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının parlament təcrübəsi var. O, 1995, 2000, 2005 və 2010-cu illərdə seçilmiş parlamentlərində təmsil olunub.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda 2020-ci ilədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.

Altıncı parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxaraq 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.

Neft 30 dollara düşsə…

  • 05 Mart 2020
  • comments

İcra başçıları təyin olundu

  • 05 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda