Martın 5-də avronun rəsmi məzənnəsi 1,8937 manata düşüb. Novator.az-ın məlumatına görə, Rusiya rublu da ucuzlaşıb: 0,0256 manat.
Mərkəzi ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb, Gürcüstan larisi (0,6119 manat) və Türkiyə lirəsi (0,2792 manat) isə dəyər artırıb (Valyutalar).
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb. Dollar 2018-ci il martın 7-dən 1,7 manatadır.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 300,2 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.