Milli Məclisin yeni deputatları
- 05 Mart 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Martın 5-də Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının təqdimatına baxaraq parlament seçkisinin nəticələrini təsdiqləyib.
Fevralın 9-da keçirilmiş parlament seçkisi 125 dairəni əhatə edib. Mərkəzi Seçki Komissiyasının qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub.
Novator.az Konstitusiya Məhkəməsinin 5 mart qərarı ilə Milli Məclisin deputatı elan olunan 121 nəfəri təqdim edir:
1 saylı Şərur-Sədərək dairəsi – Vasif Talıbov (Yeni Azərbaycan Partiyası – YAP)
2 saylı Şərur dairəsi – İsa Həbibbəyli (YAP)
3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsi – Səttar Möhbalıyev (partiyasız)
4 saylı Naxçıvan şəhər dairəsi – Eldar İbrahimov (YAP)
5 saylı Şahbuz-Babək dairəsi – Siyavuş Novruzov (YAP)
6 saylı Culfa-Babək dairəsi – Ülviyyə Həmzəyeva (YAP)
7 saylı Ordubad-Culfa dairəsi – Cəbi Quliyev (YAP)
8 saylı Binəqədi dairəsi – Azay Quliyev (partiyasız)
9 saylı Binəqədi dairəsi – Kamaləddin Qafarov (YAP)
10 saylı Binəqədi dairəsi – Madər Musayev (partiyasız)
11 saylı Qaradağ dairəsi – Aydın Hüseynov (YAP)
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi – Səbinə Xasayeva (YAP)
13 saylı Xəzər-Pirallahı dairəsi – Rauf Əliyev (YAP)
14 saylı Xəzər dairəsi – Soltan Məmmədov (partiyasız)
15 saylı Yasamal dairəsi – Ülvi Quliyev (partiyasız)
16 saylı Yasamal dairəsi – Erkin Qədirli (REAL Partiya)
17 saylı Yasamal dairəsi – Elnur Allahverdiyev (YAP)
18 saylı Nərimanov-Nizami dairəsi – Rasim Musabəyov (partiyasız)
19 saylı Nərimanov dairəsi – Hikmət Babaoğlu (YAP)
20 saylı Nərimanov dairəsi – Adil Əliyev (partiyasız)
21 saylı Nəsimi dairəsi – Məlahət İbrahimqızı (YAP)
22 saylı Nəsimi dairəsi – Asim Mollazadə (Demokratik İslahatlar Partiyası)
23 saylı Nəsimi-Səbail dairəsi – Ziyad Səmədzadə (partiyasız)
24 saylı Nizami dairəsi – Könül Nurullayeva (partiyasız)
25 saylı Nizami dairəsi – Sədaqət Vəliyeva (YAP)
26 saylı Sabunçu dairəsi – Fazil Mustafa (Böyük Quruluş Partiyası)
27 saylı Sabunçu dairəsi – Əliabbas Salahzadə (YAP)
28 saylı Sabunçu dairəsi – Eldar Quliyev (partiyasız)
29 saylı Səbail dairəsi – Nigar Arpadarai (partiyasız)
30 saylı Suraxanı dairəsi – Sevinc Fətəliyeva (YAP)
31 saylı Suraxanı dairəsi – Etibar Əliyev (partiyasız)
32 saylı Suraxanı dairəsi – Afət Həsənova (YAP)
34 saylı Xətai dairəsi – Mixail Zabelin (YAP)
36 saylı Xətai dairəsi – Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası)
37 saylı Nizami (Gəncə) dairəsi – Pərvin Kərimzadə (YAP)
38 saylı Nizami (Gəncə) dairəsi – Naqif Həmzəyev (YAP)
39 saylı Kəpəz (Gəncə) dairəsi – Müşfiq Cəfərov (YAP)
40 saylı Kəpəz (Gəncə) dairəsi – Musa Quliyev (YAP)
41 saylı Sumqayıt dairəsi – Hicran Hüseynova (YAP)
42 saylı Sumqayıt dairəsi – Tahir Mirkişili (YAP)
43 saylı Sumqayıt dairəsi – Emin Hacıyev (YAP)
44 saylı Sumqayıt-Xızı dairəsi – Müşfiq Məmmədli (YAP)
45 saylı Abşeron dairəsi – Oqtay Əsədov (YAP)
46 saylı Şirvan dairəsi – İltizam Yusifov (partiyasız)
47 saylı Mingəçevir dairəsi – Aydın Mirzəzadə (YAP)
48 saylı Yevlax dairəsi – İlham Məmmədov (YAP)
49 saylı Yevlax-Mingəçevir dairəsi – Əli Hüseynli (YAP)
50 saylı Abşeron-Qobustan dairəsi – Şahin Seyidzadə (partiyasız)
51 saylı Qusar dairəsi – Azər Badamov (YAP)
52 saylı Quba dairəsi – Vahid Əhmədov (partiyasız)
53 saylı Quba-Qusar dairəsi – Anatoli Rafailov (partiyasız)
54 saylı Şabran-Siyəzən dairəsi – Sadiq Qurbanov (YAP)
55 saylı Xaçmaz şəhər dairəsi – Eldəniz Səlimov (YAP)
56 saylı Xaçmaz kənd dairəsi – Sevil Mikayılova (partiyasız)
57 saylı Kürdəmir dairəsi – Əminə Ağazadə (partiyasız)
58 saylı Hacıqabul-Kürdəmir dairəsi – Rafael Hüseynov (Vətəndaş Həmrəyliyi Partiyası – VHP)
59 saylı Salyan dairəsi – Jalə Əhmədova (partiyasız)
60 saylı Salyan-Neftçala dairəsi – Fəzail Ağamalı (Ana Vətən Partiyası)
61 saylı Neftçala dairəsi – Sabir Rüstəmxanlı (VHP)
62 saylı Saatlı dairəsi – Əziz Ələkbərov (YAP)
63 saylı Sabirabad dairəsi – Kamal Cəfərov (YAP)
64 saylı Sabirabad dairəsi – Ramin Məmmədov (YAP)
65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairəsi – Əhliman Əmiraslanov (YAP)
66 saylı Biləsuvar dairəsi – Bəhruz Məhərrəmov (partiyasız)
67 saylı Cəlilabad şəhər dairəsi – Malik Həsənov (YAP)
68 saylı Cəlilabad kənd dairəsi – Elman Nəsirov (YAP)
69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsi – Fəzail İbrahimli (VHP)
70 saylı Masallı şəhər dairəsi – Məşhur Məmmədov (YAP)
71 saylı Masallı kənd dairəsi – Anar İsgəndərov (YAP)
72 saylı Yardımlı-Masallı dairəsi – Musa Qasımlı (partiyasız)
73 saylı Lənkəran şəhər dairəsi – Rüfət Quliyev (partiyasız)
75 saylı Lənkəran-Masallı dairəsi – Cavanşir Paşazadə (YAP)
76 saylı Lənkəran-Astara dairəsi – Ziyafət Əsgərov (YAP)
77 saylı Astara dairəsi – Rəşad Mahmudov (YAP)
78 saylı Lerik dairəsi – İqbal Məmmədov (YAP)
79 saylı İmişli dairəsi – Razi Nurullayev (partiyasız)
81 saylı Beyləqan dairəsi – Şahin İsmayılov (YAP)
82 saylı Ağcabədi dairəsi – Tahir Rzayev (YAP)
83 saylı Ağcabədi-Füzuli dairəsi – Aqil Abbas (partiyasız)
84 saylı Füzuli dairəsi – Vüqar Bayramov (partiyasız)
85 saylı Şamaxı dairəsi – Tamam Cəfərova (partiyasız)
86 saylı İsmayıllı dairəsi – Novruzəli Aslanov (partiyasız)
87 saylı Ağsu-İsmayıllı dairəsi – Tahir Kərimli (Vəhdət Partiyası)
88 saylı Göyçay dairəsi – Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyası)
89 saylı Göyçay-Ağdaş dairəsi – Məzahir Əfəndiyev (partiyasız)
90 saylı Ağdaş dairəsi – Cavid Osmanov (YAP)
91 saylı Ucar dairəsi – Ramil Həsən (YAP)
92 saylı Zərdab-Ucar dairəsi – Jalə Əliyeva (partiyasız)
93 saylı Bərdə şəhər dairəsi – Fatma Yıldırım (YAP)
94 saylı Bərdə kənd dairəsi – Zahid Oruc (partiyasız)
95 saylı Tərtər dairəsi – Sahib Alıyev (partiyasız)
96 saylı Goranboy-Naftalan dairəsi – Anar Məmmədov (YAP)
97 saylı Goranboy-Ağdam-Tərtər dairəsi – Ağalar Vəliyev (YAP)
98 saylı Şəmkir şəhər dairəsi – Sahibə Qafarova (YAP)
99 saylı Şəmkir kənd dairəsi – Nurlan Həsənov (YAP)
100 saylı Şəmkir-Daşkəsən dairəsi – Kamran Bayramov (YAP)
101 saylı Göygöl-Daşkəsən dairəsi – Elşad Mirbəşiroğlu (YAP)
102 saylı Samux-Şəmkir dairəsi – Nizami Səfərov (YAP)
103 saylı Gədəbəy dairəsi – Sevinc Hüseynova (YAP)
104 saylı Gədəbəy-Tovuz dairəsi – Arzu Nağıyev (partiyasız)
105 saylı Tovuz dairəsi – Qənirə Paşayeva (partiyasız)
106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi – Ülviyyə Ağayeva (partiyasız)
107 saylı Qazax dairəsi – Səməd Seyidov (YAP)
108 saylı Ağstafa dairəsi – Nizami Cəfərov (YAP)
109 saylı Balakən dairəsi – Nəsib Məhəməliyev (YAP)
110 saylı Zaqatala dairəsi – Elşən Musayev (Demokratik Maarifçilik Partiyası)
111 saylı Zaqatala-Balakən dairəsi – Kamilə Əliyeva (YAP)
112 saylı Qax dairəsi – Azər Kərimli (partiyasız)
113 saylı Şəki şəhər dairəsi – Vüqar İskəndərov (YAP)
114 saylı Şəki kənd dairəsi – Əli Məsimli (partiyasız)
115 saylı Şəki kənd dairəsi – Cavanşir Feyziyev (partiyasız)
116 saylı Qəbələ dairəsi – Fəttah Heydərov (partiyasız)
117 saylı Oğuz-Qəbələ dairəsi – Aqiyə Naxçıvanlı (YAP)
118 saylı Ağdam şəhər dairəsi – Bəxtiyar Əliyev (partiyasız)
119 saylı Ağdam kənd dairəsi – Bəxtiyar Sadıqov (YAP)
120 saylı Cəbrayıl-Qubadlı dairəsi – Ceyhun Məmmədov (YAP)
121 saylı Laçın dairəsi – Mahir Abbaszadə (YAP)
122 saylı Xankəndi dairəsi – Tural Gəncəliyev (partiyasız)
123 saylı Kəlbəcər dairəsi – Aqil Məmmədov (YAP)
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairəsi – Elman Məmmədov (YAP)
125 saylı Zəngilan-Qubadlı dairəsi – İmamverdi İsmayılov (YAP).
Milli Məclisin prezidentin təqdimatları əsasında dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət; insan hüquqları üzrə müvəkkilin seçilməsi; baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi; Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması; Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi və başqa səlahiyyətləri var.