• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Kölgə iqtisadiyyatına yol vermək olmaz”

  • 05 Mart 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Sahibkarlığın inkişafı ölkəmizin inkişafının əsas şərti olacaq”. Martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev belə deyib.

AZƏRTAC-ın arayışına görə, layihənin ikinci mərhələsi tamamlanan kompleksdə paxlalı bitkilərin toxumu istehsalı zavodu, dənli bitkilərin toxumu istehsalı zavodu, rezervuarlar quraşdırılıb. Kompleksdə dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket də istifadəyə verilib.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşündə sahibkarlar, investorlar üçün gözəl şərait yaradıldığını vurğulayıb: “Bilirlər ki, dövlət onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək. Hər bir investor öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur.

Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun.

Azərbaycanlı investorlar ilk növbədə Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir.

İşlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü var və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz”.

Tovuz səfəri

  • 04 Mart 2020
  • comments

Yeni baş nazir, yeni hökumət

  • 05 Mart 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda