Prezident İlham Əliyev martın 5-də Mirdaməd Mirsadıq oğlu Sadıqovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə onu Nahid Rza oğlu Bağırov əvəzləyib.
Mirdaməd Sadıqov 2013-cü ildən İsmayılının icra başçısı idi.
Mirhəsən Mirheydər oğlu Seyidov isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.
2011-ci ilin aprelindən Neftçalaya İsmayıl Vəliyev başçılıq edib. Bu il fevralın 20-də o həbs olunub və icra başçısı postundan çıxarılıb.