• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şəmkir və Qazax ziyarətləri

  • 04 Mart 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışına qatılıb. Arayışa görə, uzunluğu 15 kilometr olan yolun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirməklə yanaşı sakinlərin Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna çıxışına imkan verir.

Həmin gün “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Açılış mərasimində çıxış edən İlham Əliyev deyib ki, ölkənin əksər şəhərlərinin içməli su problemləri həll olunub, o cümlədən Şəmkir şəhərinin: “Verilən məlumata görə, şəhərin kanalizasiya məsələsi də bu ilin sonuna qədər başa çatacaq. Samux şəhərinin də su problemi bu il həll olunacaq. Beləliklə, hələ də təmiz içməli su ilə təmin edilməyən şəhərlərin sayı təqribən 3-5 ətrafındadır. Onlar da maksimum iki il ərzində içməli su ilə təmin ediləcək.

Eyni zamanda müxtəlif qurumlarla kəndlərin su təminatı təşkil edilir – həm “Azərsu”, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə təmizləyici qurğular hesabına.

Bakı şəhərinin su problemləri həllini tapır. Mənə verilən məlumata görə, Bakı əhalisinin 80 faizi bu gün təmiz içməli su ilə davamlı təmin edilir. Bu proses hələ davam etdiriləcək”.

İlham Əliyev Qazax rayonuna da baş çəkib, Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışına qatılıb.

Əhəng zavodunun açılışında iştirak edən dövlət başçısı deyib ki, ölkədə sərmayə iqlimi çox müsbətdir: “Keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək. Təkcə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində güzəştli kreditlər verilib və bu kreditlərin hesabına on minlərlə yeni iş yeri yaradılıb”.

Prezident Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak edib, həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının fəaliyyəti ilə tanış olub.

“Narahatlığa heç bir ciddi əsas yoxdur”

  • 04 Mart 2020
  • comments

Nazir ön xətdə

  • 04 Mart 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda