• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şəhla Hümbətova ABŞ dövlət katibinin mükafatına layiq görüldü

  • 04 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

 

Azərbaycanda vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova ABŞ dövlət katibinin təsis etdiyi “Cəsarətli qadınlar” mükafatına layiq görülüb.

2007-ci ildə təsis olunan mükafat hər il dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda həyatını təhlükəyə ataraq mübarizə aparan, cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.

“Turan”ın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ Dövlət Departamenti bu il mükafata Şəhla Hümbətovanın və müxtəlif ölkələrdən olan daha 11 qadının layiq görüldüyünü açıqlayıb.

Mükafat qaliblərə martın 4-də Vaşinqtonda təqdim ediləcək.

Təqdimat mərasimində ABŞ dövlət katibi Mayk Pompeonun və ABŞ prezidentinin xanımı Melanya Trampın iştirak edəcəyi gözlənir.

ABŞ Dövlət Departamentinin açıqlamasında vurğulanır ki, Şəhla Hümbətova 2013-cü ildən vəkil kimi çalışır və əsas azadlıqlarını həyata keçirdiyinə görə həbs təhlükəsi ilə üzləşən şəxsləri müdafiə edən azsaylı hüquqşünaslardan biridir: “O, hüquq müdafiəçilərini, jurnalistləri, bloqçuları, gənc fəalları, siyasi müxalifətin üzvlərini və digərlərini cəsarətlə müdafiə edib”.

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Şəhla Hümbətova hüquq müdafiəçilərinin və vəkillərin sosial şəbəkələrdə müntəzəm olaraq təqib və təhdidlərə məruz qaldığı, hüquqi fəaliyyətdən uzaqlaşdırıldığı, hüquqlardan məhrum edildiyi mürəkkəb şəraitdə bu cür işlərlə məşğul olan iki qadın hüquqşünasdan biridir.

2019-cu il noyabrın 27-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması, onun vəkilliyinə xitam verilməsi üçün inzibati-iqtisadi məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Dekabr ayında Rəyasət Heyəti müraciətə məhkəmədə baxılanadək Şəhla Hümbətovaya vəkil kimi icraatında olan 9 işi başa çatdırmasına icazə verib.

Ağstafada açılışlar

  • 04 Mart 2020
  • comments

Beynəlxalq hesabat: Azərbaycan qeyri-azad ölkə say...

  • 04 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda nə qədər pensiyaçı var?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanda yeni seçki sorğusu

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ-Avropa: kimin üzü gülür?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda