Müsavatçı Gənclər Təşkilatının sədri, fevralın 9-da keçirilmiş parlament seçkisində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən namizəd Elman Quliyev və partiya fəalı, 42 saylı Sumqayıt dairəsindən deputatlığa namizəd Elşad İsrafil aclıq aksiyasını davam etdirirlər. Bakıda, Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən aksiya fevralın 27-də başlayıb. Tələb 9 fevral seçkisinin nəticələrinin ləğvidir.
9 fevral seçkisi 125 dairəni əhatə edib. 4 dairədəki səsvermənin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyası fevralın 25-də 121 qalib namizədin adını təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi təqdimata martın 5-də baxacaq.
Rəsmi nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilib. Qaliblər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.
Milli Şura nəticələrlə barışmamağa çağırır
Avropa 9 fevral seçkisinə nə deyir?
Seçkinin rəsmi nəticələrinə etiraz olaraq aksiya keçirilib
İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü
Aksiyada xəsarət alan müsavatçının vəziyyəti necədir?
Baş redaktor qanını MSK-da yuyub
11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?
Paytaxt hakimiyyəti aksiya yeri ilə razılaşmır
YAP-çı namizədin rəqibləri yenidən seçki tələb edir
Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini tanımır
Aksiyada xəsarət alan jurnalistin açıqlaması
Prokurorluq Mustafanın döyülməsini araşdırır
9 saylı dairədə 7 namizəd rəsmi nəticəni tanımır
Nəticələri ləğv olunan dairələr
Cəzalı dörd dairə üzrə qərarlardan
“Seçkinin nəticəsi ləğv olunmalıdır”
Mitinq üçün yeni ünvanlar göstərilib
121 qalibin adı Konstitusiya Məhkəməsinə göndərildi