Açıq hökumətin təşviqinə dair milli fəaliyyət planı təsdiqlənib. Novator.az bildirir ki, prezident İlham Əliyevin 27 fevral sərəncamı ilə rəsmiləşən, 2020-2022-ci illəri əhatə edən planda bu istiqamətlər üzrə tədbirlər yer alır:
Korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində tədbirlər;
Maliyyə şəffaflığının təmin edilməsi sahəsində tədbirlər;
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirlər;
Dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində tədbirlər;
Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması sahəsində tədbirlər;
İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər;
Yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi sahəsində tədbirlər;
Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər;
Əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər.