• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məmməd İbrahimə 10 sutka verildi

  • 27 Fevral 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 10 sutkalıq inzibati həbs cəzası alıb. Novator.az-ın məlumatına görə, qərar fevralın 27-si Xətai Rayon Məhkəməsində çıxarılıb. Partiya fəalı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Məmməd İbrahim fevralın 26-sı paytaxtda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəndən az sonra tutulub. Həmin vaxt o, AXCP Ali Məclisi Rəyasət Heyətinin digər üzvü Asif Yusifli ilə bir yerdə olub. Polislər onları Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə aparıblar. Asif Yusifli buraxılıb, Məmməd İbrahim isə bölmədə saxlanıb.

Məmməd İbrahim 2015-2019-cu illərdə həbsdə olub. O, 2015-ci ilin sentyabrında tutulub, üç nəfəri döyməkdə ittiham olunub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi 3 illiyə azadlıqdan məhrum edib.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. 2019-cu il yanvarın 10-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzasını azaldaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləyib və onu azadlığa buraxıb.

Neft Fondunun 43,3 milyard dollarlıq aktivi var

  • 27 Fevral 2020
  • comments

41-dən 25-i

  • 27 Fevral 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda