• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsgəndər Həmidov dəfn edilib

  • 26 Fevral 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Milli azadlıq hərəkatının liderlərindən olan sabiq daxili işlər naziri İsgəndər Həmidov fevralın 26-sı Bakının Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda, mərhum həyat yoldaşının yanında torpağa tapşırılıb.

Musavat.com-un məlumatına görə, dəfn mərasimində çıxış edən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər deyib ki, İsgəndər Həmidov Qarabağ yolunda hər zaman fədakarlıq edən, sevilən bir insan idi: “İllərlə həbsdə yatdı və dedi ki, Azərbaycan bayrağı olan zindanda yatmaq mənim üçün şərəfdir. Hamımız gedəcəyik. Bizə qalan onun ruhunu şad etməkdir”.

Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, İsgəndər Həmidov qəhrəmanlıq göstərmiş əsgərdir, yaddaşlarda “Cənab general” kimi qalacaq.

Müsavat başqanı Arif Hacılı qeyd edib ki, İsgəndər Həmidov istiqlal mübarizi olub: “Heç zaman əqidəsindən dönmədi. Daim mübarizənin önündə oldu. Onun arzuları tam gerçəkləşmədi, amma yaxın zamanlarda bütün istəklərinin həyata keçəcəyinə inanırıq”.

AXCP sədri Əli Kərimli İsgəndər Həmidovun hər zaman mübarizənin önündə olduğunu vurğulayıb: “Təəssüf ki, amansız xəstəlik onu çox pis yaxaladı. Hər zaman belə insanlar həyatdan gedəndə bizlərin məsuliyyəti artır”.

Ürəyi xəstə olan İsgəndər Həmidov bu gün paytaxtdakı “City Hospital”da vəfat edib.

1948-ci il təvəllüdlü İsgəndər Həmidov iqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. Uzun illər daxili işlər orqanlarında xidmət edib. 1988-1991-ci illərin milli azadlıq hərəkatının öncül şəxslərindən biri kimi tanınıb. 1990-cı ildən parlamentin üzvü olub. Daxili işlər naziri postunu 1992-1993-cü illərdə, Əbülfəz Elçibəyin prezidentliyi zamanı tutub. 1995-2003-cü illərdə həbsdə yatıb. Məhkum edilərkən İsgəndər Həmidov general-leytenant ali hərbi rütbəsindən məhrum olunub.

Xocalı ziyarəti

  • 26 Fevral 2020
  • comments

Reportyorlar (62)

  • 26 Fevral 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Anım
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda