• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

29 fevral mitinqi: müraciətə rəsmi cavab verildi

  • 26 Fevral 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bakı Şəhər İcra Hakimiyyəti fevralın 9-da keçirilmiş parlament seçkisinin rəsmi nəticələrindən narazı qalan Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası və “D18” Hərəkatı rəsmilərinin mitinq müraciətinə cavab verib.

Aksiya fevralın 29-u saat 15-ə, Mərkəzi Seçki Komissiyasının qarşısına təyin olunub. Təşkilatçılar xəbərdarlıq məktubunda aksiya üçün alternativ yerlər kimi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanı; 20 Yanvar küçəsi, 2527-dəki məhəllə stadionunu; Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydanı; Nəriman Nərimanov küçəsi, 55-də yerləşən “Cıdır” restoranının qarşısındakı meydanı; Hüseyn Cavidin heykəlinin ətrafındakı parkı; Mərkəzi Parkı; Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunu da göstərib.

Novator.az-ın məlumatına görə, fevralın 26-da Bakı Şəhər İcra Hakimiyyəti təşkilatçılara cavab məktubunda 29 fevral aksiyasını göstərilən yerlərdə deyil, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyə razılaşdığını bəyan edib.

9 fevral seçkisi 125 dairəni əhatə edib. 4 dairədəki səsvermənin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyası fevralın 25-də 121 qalib namizədin adını təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərib.

Rəsmi nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasından 70 nəfər deputat seçilib. Qaliblər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 40 nəfər isə partiyasızdır.

29 fevral aksiyasının təşkilatçıları olan qurumların fəalları fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirməyə cəhd göstərib, ancaq polis buna imkan verməyib. Həmin aksiyanın qətnaməsində bu tələblər qoyulub:

– 9 fevral parlament seçkisinin nəticələri ləğv edilsin;

– söz və ifadə, sərbəst toplaşmaq və digər fundamental insan haqları təmin edilsin, siyasi məhbuslar dərhal azadlığa buraxılsın;

– Seçki Məcəlləsində müxalifətin, Avropa Şurasının və ATƏT-in təklifləri əsasında əlavə və dəyişikliklər edilsin;

– Avropa İnsan Hüquqları Məhkəməsinin seçkilərə aidiyyəti olan qərarları təcili icra olunsun və Azərbaycan Milli Məclisinə yeni seçki keçirilsin.

Milli Şura nəticələrlə barışmamağa çağırır

Müsavat yeni seçki tələb edir

Avropa 9 fevral seçkisinə nə deyir?

Seçkinin rəsmi nəticələrinə etiraz olaraq aksiya keçirilib

Dörd namizəd aksiya keçirib

Mitinq qərarı verildi

11 fevral aksiyası

İsa Qəmbər və daha səkkiz namizəd birgə tələb irəli sürdü

Aksiyada xəsarət alan müsavatçının vəziyyəti necədir?

Baş redaktor qanını MSK-da yuyub

11 fevral aksiyasının təşəbbüskarı nə ilə üzləşib?

Paytaxt hakimiyyəti aksiya yeri ilə razılaşmır

YAP-çı namizədin rəqibləri yenidən seçki tələb edir

Bir dairənin 11 namizədi seçkinin rəsmi nəticəsini tanımır

Aksiyada xəsarət alan jurnalistin açıqlaması

Prokurorluq Mustafanın döyülməsini araşdırır

9 saylı dairədə 7 namizəd rəsmi nəticəni tanımır

Nəticələri ləğv olunan dairələr

Cəzalı dörd dairə üzrə qərarlardan

“Seçkinin nəticəsi ləğv olunmalıdır”

Mitinq üçün yeni ünvanlar göstərilib

16 fevral aksiyasında

Tutulanlara səyahət cəzası

Müsavat fəallığa çağırır

121 qalibin adı Konstitusiya Məhkəməsinə göndərildi

Reportyorlar (62)

  • 26 Fevral 2020
  • comments

İki ildə siqaret çəkənlərin 3034 nəfəri cərimələni...

  • 26 Fevral 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda