• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Roma bəyanatları, sənədlər

  • 21 Fevral 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

“Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir”. Fevralın 20-si Romada İtaliya prezidenti Serco Mattarella ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib.

İtaliya prezidenti qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə sabit nəticənin əldə olunması haqqında da danışıblar: “Biz bu məsələyə hər zaman dəstək olduğumuzu bildiririk. Ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində müəyyən nəticələr əldə olunacaq”.

İlham Əliyev imzalanmış birgə bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının göstərildiyini vurğulayıb: “Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT-in qətnamə və qərarları əsasında həll olunması göstərilir. Bu, çox ədalətli, beynəlxalq hüquqa əsaslanmış mövqedir və İtaliyaya minnətdarıq.

O ki qaldı məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistandan çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra dedi ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərti ilə, bütün dünyada tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Fevralın 20-də İlham Əliyev baş nazir Cüzeppe Konte ilə də bir araya gəlib. Görüşdə bu sənədlər mübadilə edilib:

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə”;

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sazişə dair bəyannamə”;

“Azərbaycan Milli Olimpiya Komitəsi ilə İtaliya Milli Olimpiya Komitəsi arasında anlaşma memorandumu”;

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində anlaşma memorandumu”;

“Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında anlaşma memorandumu”;

“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (İCE) arasında anlaşma memorandumu”;

“SOCAR ilə SNAM arasında əməkdaşlıq sazişi”;

“AZPROMO ilə “Simest” arasında tərəfdaşlıq sazişi”;

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında anlaşma memorandumu”;

“Azərenerji” ASC ilə “Ansaldo Energia” arasında anlaşma memorandumu”;

“Azərbaycan Dəmir Yolları” QSC ilə “İ.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satın alınması barədə müqavilə”;

“ADA Universiteti ilə Luiss Universiteti arasında anlaşma memorandumu”.

İlham Əliyev həmçinin Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşlər keçirib.

Ukraynada kiber idman

  • 21 Fevral 2020
  • comments

Əməliyyat keçirilən rayonun başçısı postdan götürü...

  • 21 Fevral 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda