• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus Azərbaycanın Çinlə ticarətinə təsir edibmi?

  • 21 Fevral 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Çində pnevmoniyanın təhlükəli növü olan koronavirus xəstəliyinin yayılması Azərbaycanın bu ölkə ilə ticarət əlaqələrinə təsir edibmi? Novator.az bu suala aydınlıq gətirmək üçün rəsmi göstəricilərə nəzər salıb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 120 milyon dolları ötüb. Çinə ixracın həcmi 6 milyon dollardan bir qədər çox göstərilib, bu ölkədən idxal 113,9 milyon dollar dəyərində rəsmiləşib.

2019-cu ilin yanvarında iki ölkənin mal mübadiləsi 90,2 milyon dollar həcmində olmuş, Çinə 2,7 milyon dollarlıq ixrac qeydə alınmış, bu ölkədən 87,5 milyon dollarlıq məhsul qəbul edilmişdi.

Başqa sözlə, 2020-ci ilin yanvarında Cinlə ticarət göstəriciləri ötən ilin eyni ayının göstəricilərini üstələyib.

Ümumilikdə ötən il iki ölkənin ticarət dövriyyəsi 2,2 milyard dollar olub. Bunun 752 milyon dollardan çoxu Azərbaycanın Çinə, 1,4 milyard dolları Çinin Azərbaycana ixracıdır.

Koronavirus xəstəliyi Çində 2019-cu ilin dekabr ayından yayılır, 20-dən çox başqa ölkəyə də keçib. Fevralın 21-nə olan rəsmi açıqlamaya görə, Çində koronavirusdan ölənlərin sayı 2236 nəfərə çatıb.

Azərbaycanın Nazirlər Kabineti Çindən ölkəyə gələn bütün şəxslərin ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarına nəzarətin gücləndirilməsi barədə qərarlar qəbul edib.

Koronavirus üzrə yüksək riskli məhsulların siyahısına isti və soyuqqanlı vəhşi heyvanlar, zoopark heyvanları, vəhşi heyvanların trofeyləri, balıq və balıq məhsulları, dəniz məhsulları, heyvan mənşəli ət məhsulları, ev heyvanları, quş və quş məhsulları daxildir.

İnfeksiya riski olan ölkələrdən Azərbaycana diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Koronavirusla mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan ərazisindən aparılması məhdudlaşdırılıb. Nazirlər Kabinetinin bu qərarı 2020-ci il mayın 1-dək qüvvədədir.

“İddia tələbimi sona qədər davam edəcəm”

  • 21 Fevral 2020
  • comments

Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü et...

  • 21 Fevral 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda