• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“İddia tələbimi sona qədər davam edəcəm”

  • 21 Fevral 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Bakı İnzibati Məhkəməsi AXCP sədri Əli Kərimlinin iddiası ilə bağlı qərarını elan edib.

Novator.az bildirir ki, Əli Kərimlinin iddiasında cavabdehlər kimi Daxili İşlər Nazirliyi, bu qurumun Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, üçüncü şəxs kimi Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov cəlb olunub.

İddiada Əli Kərimli Daxili İşlər Nazirliyinin üzərinə ona ümumvətəndaş pasportu (xarici pasport) verilməsi öhdəliyinin qoyulmasını istəyib.

Əli Kərimli 1965-ci ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

1994-cü ildə Əli Kərimli bir müddət həbsdə yatıb. O, cibindən qumbara tapılması iddiası ilə cinayət məsuliyyətinə cəlb olunub. 1995-ci ildə həmin cinayət işinin icraatı dayandırılıb, amma xətm qərarı verilməyib.

1994-cü ildən sonra Əli Kərimli iki dəfə xarici pasport alıb. 2001-ci ildə aldığı pasportun 5 illik müddəti 2006-cı ildə başa çatandan bəri daxili işlər orqanları həmin qumbara işini əsas gətirib AXCP sədrinə pasport vermir.

Əli Kərimli bu iş üzrə müxtəlif məhkəmə instansiyalarında çəkişmələr aparıb. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədrinin yerli məhkəmələrin qərarlarından şikayətinə baxaraq onun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hərəkət azadlığı hüququnun pozulmasını tanıyıb.

AXCP sədrinin 2020-ci ilin yanvarında Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi hakim Elvin Əliyevin icraatına verilib.

Fevralın 20-də keçirilən məhkəmə prosesində Əli Kərimlinin nümayəndəsi iddianı müdafiə edib, Daxili İşlər Nazirliyinin nümayəndəsi Əlirza Həbilov isə bildirib ki, Azərbaycan məhkəmələri bu məsələyə əvvəllər baxıb, pasportun verilməməsini haqlı sayıb və həmin qərarlar ləğv edilmədiyindən hazırkı iddiaya baxılmamalıdır.

Qısa müşavirədən sonra hakim Elvin Əliyev iddiaya baxılmasının mümkün sayılmaması haqda qərar çıxarıb.

Novator.az-ın məlumatına görə, qərar elan ediləndən sonra Əli Kərimli “Facebook” şəbəkəsindəki səhifəsində yazıb ki, əslində onun məhkəmədən elə bir gözləntisi olmayıb və indi də yoxdur: “Ancaq yenə də prosedur qaydaya uyğun olaraq apellyasiya şikayəti verib iddia tələbimi sona qədər davam edəcəm. 14 il ərzində mənim ölkədən çıxışıma qadağa qoymaqla rejim mənə, müxalifətə xeyli pislik edib, işimizə zərər vurub. Ancaq istədiyinə də nail olmayıb. Əvvəla, indi internet və sosial şəbəkələr o qədər inkişaf edib ki, mən gedib xarici paytaxtlarda çıxışlar etməsəm də, bütün dünya ölkəmizdəki vəziyyəti bilir. Azərbaycanla bağlı bütün hesabatlar neqativdir. Üstəlik, şəxsən mənə pasport verilməməsi indiyə qədər onlarla hesabatda sərt tənqid olunub. Sonuncu dəfə beynəlxalq müşahidə missiyasının bu il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı dəyərləndirməsində də hökumətin mənə pasport verməməsi ölkədə fundamental hüquqların pozulması kimi qiymətləndirilib”.

Dağlarda döyüş

  • 21 Fevral 2020
  • comments

Koronavirus Azərbaycanın Çinlə ticarətinə təsir ed...

  • 21 Fevral 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda