Fevralın 21-də bir çox valyuta ucuzlaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dəyər itirən avronu 1,8352, Rusiya rublunu 0,0265, Türkiyə lirəsini 0,2784 manata təklif edir.
ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb, Gürcüstan larisi isə bahalaşıb: 0,6015 manat.
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb. Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 300,2 milyon ABŞ dolları məbləğində vəsait satıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.